Zaqatala RMX başsız qalıb
19-06-2016, 10:50
Bir çox media xeber portallarında Zaqatala rayon mərkəzi xəstəxananın baş həkimi Leyla Seyidəliyeva ilə bağlı qalmaqal yaradması haqqında yazılar derc edilmişdir.
Bununla bağlı uzun müddətdir məhkəmə prossesinin getməsi isə sirr deyildir.
İki idmançı uşaq yetişdirən atanın səsinə səs verən tapılmır. Azərbaycanda aparıcı partiya olan YAP-nın üzvü olan Anar adlı şəxsin məhs dövlət işindən azad edilərək müxalif damğası vurmağa çalışılır. Redaksiyamıza açıqlama verən vətəndaş Anar bəy bildirir ki, RMX-da işə düzəlməşmişdən öncə polis sıralarında çalışmışam. Sonralar Mərkəzi xəstəxanada sürücü işinə qəbul edilmişəm. Sürücü işlədiyim xəstəxanadan işdən çıxarıldıqdan sonra Yeni Azərbaycan Partiya sıralarına üzv olmuşam. Amma buna baxmayaraq məhkəmədə məni işimə bərpa etməmək üçün, radikal müxalifətçi statusu ilə ittiham edilirəm.
Hakimsə əlində heç bir dəlili olmadan L.Seyidəliyevaya inanmağa üstünlük verir. Bunu sübut etmək üçün Zaqatala rayon YAP sıralarında olduğum haqqında arayış almaq üçün müraciət etdim. Rayon təhsil şöbəsinin müdiri həmçinin YAP-nın rayon sədri Habil Qurbanov tapşırıq verib ki, vətəndaşa arayış verilməsin. Buna səbəb isə Habil bəyin Leyla xanımla şəxsi dostluq münasibəti əsnasında Leyla həkimi müdafiə etməkdən başqa məqsəd daşımır.
Anar bəyin qeyri qanuni işdən çıxaran baş həkim qanun qarşısında özündən güclüsün tanımır.
Rayon idarə və təşkilatlara vətəndaşın şikayətini rədd edilmə əmrini verə bilən baş həkim iddialarıda yüksək olar.
Bakunews.az-a etibarlı mənbədən daxil olan məlumata görə, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, həmçinin kadrlar şöbəsinin xanım işçisi 20 gündür rayonda yoxdurlar.
Onlar eyni gündə eyni saatda eyni istiqamətdə getdikləri bildirilməkdədir. Onların birlikdə hansı məqsədlə xəstəxananı tərk etmələri iyirmi gün başsız qalan səhiyyədə hansı korrupsiya halar baş verməsi isə sirr olaraq qalmaqdadı. Qarşı tərəfin mövqeyin dinləməyə hazırıq...