Sahibkar fəryad edir: İmişli xanı Vilyam Hacıyevin ədalətsizliyi yerə-göyə sığmır - MÜRACİƏT

20-06-2016, 05:29           
Sahibkar fəryad edir: İmişli xanı Vilyam Hacıyevin ədalətsizliyi yerə-göyə sığmır - MÜRACİƏT
Imişli rayon icra başçısı Vilyam Hacıyevin ədalətsizliyi yerə-göyə sığmır .Belə bir müraciətlə saytın elektron ünvanına haqları tapdanmış sahibkar "Gül.-Gün" müəssisəsinin sahibkarı - Niyazov Niyaz Novruz oğlu tərəfindən məlumat daxil olub. Azerinews.tv həmin müraciəti olduğu kimi oxuculara təqdim edir:

"Salam,hörmətli redaksiya- Azerinews.tv-də tez-tez DÖVLƏT MƏMURLARININ sahibkarların,biznes adamlarının,sıravi Azərbaycan vətəndaşlarının başına gətirdikləri hadisələrlə bağlı məlumatları çap edirsiz. Sizin belə məqalələr yazmağınız sıravi vətəndaşların çox xoşuna gəlir.Yazdıqlarınız məqalələrdən sıravi vətəndaşlar heç olmasa t's'lli tap;rlar. Məmurlar nahaqdan tək bir neçə sahibkarı,vətəndaşı incitsələr,nə varki? Elə bu baxımdan da Imişli RİHB-ı Vilyam Hacıyev Xanlar rayon İHB-sı vəzifəsində çalışarkən "Gül.-Gün."sahibkar müəssisəsinin sahibkarının başına gətirdiyi sizlərə də məlum olsun deyə yazıram.Indi yazacaqlarım sizin qəzetdə dərc olunandan sonra nəinki sizlərə,hətta bütün dünyaya məlum olacaq ki,VİLYAM HACIYEV Xanlar(indi-Göygöl)rayonu İHB-sı vəzifəsində çalışarkən YALAN MƏZMUNLU MƏKTUB yazmaqla "Gül.-Gün."sahibkar müəssisəsinin fəaliyyətinin dondurulmasına,yəni müəssisənin fəaliyyətinin deaktivləşməsinə birbaşa nail oldu.Bu ədalətsiz,nahaq görülən işin necə olduğunu sizlərə yazmağa başlayıram.

Mən,Niyazov Niyaz Novruz oğlu olaraq 1992-ci ilin noyabr ayında "Gül.-Gün."sahibkar müəssisəsini yaratdım və Ədliyyə Nazirliyində qeydiyyatdan keçirtdim.1993-cü ildə müəssisənin tikinti işlərini həyata keçirtməkdən ötrü Gəncə aeroportunun lap yaxınlığında olan Xanlar rayon Bağmanlar sovxozunun ərazisindən 1.5 ha Xanlar rayon İHB-sının və Xanlar rayon XDS-nin qərarı ilə torpaq sahəsi götürdüm.Tez bir vaxt ərzində həmin ərazidə müəssisənin tikinti işlərini başlatdım.Tikintinin xeyli hissəsini həyata keçirmişdim.Tikintimizi davam etdirmək üçün pul gözlədiyimiz bir vaxtda Gəncə aerovağzal kompleksinin yenidən tikintisi məsələsi gündəmə gəldi.Müəssisəmin ərazisi bütövlüklə yeni tikilməkdə olan Gəncə aerovağzal kompleksinin ərazisinə düşdüyü üçün sənədlərimi hazırlayıb dövlətdən rüsum almaq qərarına gəldim.Bu mümkün olmadı.Elə həmin vaxt Xanlar rayon İHB-sı Hacıyev Vilyam Faxralı oğlu YALAN MƏLUMAT yazaraq Azərbaycan Hava Yollarına yolladı.Məktubunda qeyd etmişdi ki,guya 1.5 ha torpaq sahəsindətikinti işləri aparmaq üçün İHB-nın sərəncamı olmayıb.Onun bu məktubu əsasında Azərbaycan Hava Yollarının rəhbərliyi rüsum almağıma tam maneçilik törətdi.Mənə cavab yazdılar ki,guya sənədlərim qaydasında olmadığı üçün rüsum ala bilmərəm.Əslində bu məsələylə əlaqədar olaraq Azərbaycan Hava Yolları rəhbərliyi mənimlə görüşməli idi.Ona görə ki,rüsum ala bilməməyimdən tam narazı idim.Narazılıq olan işi bir məktubla həll etmirlər.Mən bu rədd cavabını alandan sonra o zaman külli miqdarda pul xərclədiyim müəssisənin tikintilərini dəyər-dəyməzinə satmağa məcbur qaldım.Ona görə ki,Gəncə Hava Limanının direktoru dirənmişdi ki,obyekti təcili yığışdır,CAHANGİR müəllim deyir yoxsa bulduzerin ağzına verəcəyik.O zamandan bu zamana mən tamamilə müflisləşdim.VİLYAM HACIYEVin birbaşa günahı ucbatından "Gül.-Gün."sahibkar müəssisəsinin fəaliyyəti deaktivləşməli oldu.Bizim dövlət məmurları sahibkarın başına belə oyunlar gətirirlər heç of da demirlər.Elə bil ki,belə də olmalıdır.Vəzifə sahibi olanda gözləri ayaqlarının altını seçmir.Bu halinsan bədbəxtçiliyidir.Mənim müəssisəmin fəaliyyətinin deaktivləşməsinin səbəbkarları hələ də vəzifə başındadırlar deyə fəaliyyətə başlamaq qeyri-mümkündür.Vilyam Hacıyev sifarişi vaxtında və dəqiq yerinə yetirdi.Elə ona görə hələ də vəzifə başındadır.Həmin insanlar ona maneçilik törətmədilər.Sifarişçiləri mən tanımıram,ancaq Vilyam Hacıyev dəqiq bilməlidir.Elə düşünürəm ki, ALLAH belə məmurların gərəkli paylarını verəcək və sahibkarlar da fəaliyyətlərinə başlayacaqlar.Inşaallah !!!"
Onuda bildirək ki. sahibkar hüquqlqrının bərpası üçün prezidentən və Ombudsman Elmira Suleymanovadan, Fuad Ələsgərovdan kömək istəyir. O inanır ki, ölkə rəhbəri İmişlidə baş alıb gedən ədalətsizliyə son qoyacaq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.