Vəkillər Kollegiyası Qarabağ qazilərinə pulsuz hüquqi yardımdan imtina edir - Nə cinayət işlərində, nə də mülki işlərdə vəkil ayrılır

6-06-2023, 16:25           
Vəkillər Kollegiyası Qarabağ qazilərinə pulsuz hüquqi yardımdan imtina edir -
Məhkəmələrin Qarabağ əlillərinə vəkil ayrılmasından imtina etmələrinin yalnız kassasiya instansiyasında vəkilin iştirakının məcburi olması ilə əsaslandırmalarını ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan qanunun -Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin VIII hissəsi əsassız sayır :” Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur”. Ana Qanunun 61-ci maddəsinə görə isə, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına həyata keçirilir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 20-ci maddəsinə əsasən, məhkəmədə vəkilin xidmətini ödəməyə kifayət qədər vəsaiti olmayan şəxslərə heç bir məhdudiyyət qoyulmadan göstərilən vəkil xidmətinin haqqı dövlət hesabına ödənilir. Bu qanunda nəzərdə tutulan hal, bu Konstitusiya, bu da qanuni hüquqa qadağa.
Azərbaycan Respublikası Milli Məclisinin rəhbərliyindən, hüquq siyasəti və dövlət quruculuğu komitəsindən dəfələrlə Vəkillər Kollegiyasına Qarabağ əlillərinin vəkillə ödənişsiz təmin edilməsinə müraciətlər edilsə də, heç bir sonuc yoxdur. Sadəcə, baş qatılır, söz verilir, amma əməl edilmir. Düzdür, Hüquqi Yardım Mərkəzi (direktor Şahmar Məmmədov) hər cür yardım göstərir, amma ayrı-ayrı vəkil büroları ödənişsiz yardımdan imtina edirlər. İmtinanın əsası kimi dövlət hesabına vəkillə təminatın qanunda nəzərdə tutulmadığı irəli sürülür. Bəs onda “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 20-ci maddəsi niyə qəbul edilib?
24.05.2023-cü ildə sözügedən mərkəzin direktor müavini , xanım Afət Qaziyeva 5 saylı vəkil bürosuna məhkəmədə müdafiəyə ehtiyacı olan Qarabağ qazisinə vəkil ayrılması üçün məktubla müraciət edib. Ayrılan vəkil isə 10 gündən çoxdur heç bir prosessual hərəkət etməyib. 05.06.2023-cü ildə vəkillə görüşən Qarabağ qazisinə hüquqi yardım göstərilməsinə qanun – qaydanın yol vermədiyi, order belə imzalanmadığı deyilib, amma vəkilin öz hesabına xidmət göstərəcəyi vurğulanıb. Təsəvvür edin, əlil özü iddia ərizəsini də, şikayətini də yazıb, burda hansı vəkil xərclərindən , hesabdan söhbət gedə bilər? Eyni zamanda, vəkil 12 gündür heç bir prosessual hərəkət etmirsə, hətta məhkəməyə gedib işlə tanış olmaq istəmirsə, onun pullu-pulsuz xidmətindən nəsə gözləməyə dəyər?
Atalar demiş, ucuz ətin şorbası olmaz. Pulsuz hüquqi yardımın isə ziyandan başqa xeyri olmaz. Qarabağ qazisi, düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, “dost” məmurlarının pensiyasının yarısını apardığı, xaricdə müalicəyə ehtiyacı olan Abbaszadə Xaliq Əvəz oğluna 2 ildən sonra Bakı Apellyasiya Məhkəməsinin 26.04.2023-cü il tarixli aktı ilə ayrılan vəkil isə hələ də şikayəti yazmayıb. Qərardadın icrası Vəkillər Kollegiyasına həvalə olunsa da. ..Yəqin qərardad VK-ya gəlib çatmayıb. Neyləmək olar, 2 il məhkəmə qərarının verilməsini gözləyən Qarabağ qazisi 2 ay da vəkilin kassasiya şikayətini yazmağını gözləyər. Biz dözümlü xalqıq. Biz o qədər dözümlüyük ki, 5 ildir Bakı Apellyasiya Məhkəməsi Xaliq Abbaszadənin iddiaçı olduğu iş üzrə 3-cü şəxs Qarabağ qazisinə hələ də vəkil ayrılmasından imtina edilir, 9 saylı vəkil bürosu isə məhkəmə heyətinin özbaşınalığına vəkillik edir. ..
Məğrur Bədəlsoy
Teref.az olaraq müəllifin məqalədə qaldırdığı iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.