"Bütün hədəflər vuruldu" - Zakir Həsənov

22-06-2016, 16:32           

"Mən Baş Qərargah qarşısında vəzifə qoymuşam ki, bütün təlimlər döyüş şəraitinə uyğun keçirilməlidir və keçirilir. Müavinlərim və hərbi birləşmə komandirləri ilə də təlimin gedişində müzakirələr apardım. Təlimlər yüksək səviyyədə keçdi, qarşıya qoyulan məqsəqlərə nail olduq, bütün hədəflər vuruldu".

Bunu cəbhədə keçirilən genişmiqyaslı təlimlərlə bağlı açıqlamasında Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib. Z. Həsənov ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə keçirilən təlimi yüksək qiymətləndirib və deyib ki, Ali Baş Komandan Silahlı Qüvvələr qarşısında vəzifələr qoyub. "Bu vəzifələri yerinə yetirmək üçün gecə-gündüz təlimlər keçirməli, şəxsi heyətin döyüş hazırlığını yüksəltməliyik".

Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq iyunun 19-dan operativ-taktiki təlimləri başlayıb. Təlimlər iyunun 24-dək davam edəcək.

Bu gün cəbhəboyu ərazilərdə təlimlərin növbəti döyüş atışlı mərhələsi keçirilib.

Təlimlərdə 25 min nəfərədək şəxsi heyət, 300-dən çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviasiya və 30-dan çox hava hücumundan müdafiə sistemləri iştirak edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.