Təhsil biznesə kimlər çevirib - Və ....

22-09-2023, 10:15           
Təhsil biznesə kimlər çevirib - Və ....
Özünü təcrübəli təhsil mütəxəssisi kimi təqdim edən Rahib İmrahimov bir ay öncə verdiyi geniş müsahibəsində deyir ki, hazırlıq kurslarında oyunlar baş verir, sınaq adı ilə hazırlanan lazımsız suallar var, son illərdə kursların sayının çoxalması rəqabət məsələsini də sıfıra endirib və s....
Birincisi, özünü təcrübəli təhsil mütəxəssisi hesab edən Rahib İmrahimovdan soruşmaq lazımdır ki, kursların sayı çoxalanda əslində RƏQABƏT artır, sıfıra enmir, ay professor... İkincisi, kursların sayının artması sənin kimilərə sərf etmir... Söhbətin kimdən getdiyi yəqin ki, məlumatlı oxuculara bəlli oldu.
Bəli, söhbət ZİRVƏ Tədris Mərkəzinin, hazırlıq kurslarının təsisiçisi və direktoru Rahib İmrahimovdan gedir. Rahib İmrahimov deyir ki, bəzi kursların sınaq imtahanları üçün tərtib etdiyi suallar tələblərə uyğun deyil, Dövlət İmtahan Mərkəzinin proqramı əsasında hazırlanmır və ...nəticə olaraq sınaq imtahanlarında abituriyentlər fikirlərini tam olaraq ifadə edə bilmirlər... Bu məqamda yadımıza elm və təhsil naziri Emin Əmruillayevin bir neçə gün öncə dediyi ...”15-16 yaşlı şagirdlər esse yaza bilmir..” fikri düşdü...
Bəli, orta məktəblərimiz də, hazırlıq kursları da əzbərçi sistem üzərində qurulub. Ona görə də şagirdlər nəinki esse, inşa, heç ifadə, imla da yaza bilmirlər. Rahib İnrahimovun nəzərinə çatdırmaq lazımdır ki, problem hazırlıq kurslarındakı suallarla, imtahanla bağlı olsaydı, dərd yarı idi... Ən böyük problem odur ki, sizin Zirvə tədris mərkəziniz xarici qüvvələrin təsir dairəsindədir.
Belə ki, qurumun www.zirve.edu.az saytına daxil olan kimi türk düşməni Fətullah Gülənin təsiri, ideyaları hiss olunur. Çoxları elə bilir ki, Zirvə hazırlıq kursu ancaq şagirdləri ali məktəblərə hazırlayır. Amma qurumun saytında qeyd olunur ki, burada Abituriyent hazırlığı, Məktəbəqədər hazırlıq, Təkmilləşdirmə, MİQ hazırlığı, Magistr hazırlığı, Xarici dil hazırlığı, YÖS hazırlığı, Liseylərə hazırlıq, Kompüter hazırığı kursları fəaliyyət göstərir. Yəni söhbət adi bir hazırlıq kurslarından getmir. Üstəlik Zirvə kursunun az qala hər qəsəbədə, Bakıda, Sumqayıtda, Tovuzda və başqa bölgələrdə filialları fəaliyyət göstərir. Yəqin oxucuda aydın təsəvvür yarandı ki, ZİRVƏ kursu dövlətimizin bütün ərazisində öz təhsil şəbəkəsini qurub. Biz Fətullah Gülənin adını əbəs yerə çəkmədik. Amerikada oturub böyük bir casus şəbəkəsi quran Fətullah Gülən də ilk işlərini təhsil sahəsindən başlamışdır. Və Fətullah Gülən deyirdi ki, mən Türkiyədə kasıb balalarına sahib çıxacam, onların yüksək təhsil almasına dəstək olacam.
Bizi qınamayın, eyni fikirlərə ZİRVƏ kurslarının saytında da rast gəlirik. “Zirvə Kursları "Ürəklər gülsün" layihəsinə qoşulub, aztəminatlı ailələrin övladlarına təmənnasız dərs keçir və s... İstər-istəməz eyni dəst-xətt yada düşür...
Bir daha təkrar edirik ki, bizim kiminsə fəaliyyətinə kölgə salmaq fikirimiz yoxdur, bizi bu məsələdə dövlətimizin gələcəyi düşündürür... Və heç kimə sirr deyil ki, FETÖ layihəsi Azərbaycanda az qala təhsil sahəsinin bütün orqanlarına yerimişdi... neçə-neçə ali məktəbdə FETÖ-nün nümayəndələri fəaliyyət göstərirdi.
Bəli, redaksiyamıza daxil olan məlumata görə, ZİRVƏ kurslarının təsisçisi və direktoru Rahib İmrahimov baldızı Rita xanım və digər yaxın qohumları, dostları Fətullah Gülənin başına and içirlər və kurslarda onu təbliğ edirlər.
Yuxarıda qeyd etdiyimiz kimi bu “AİLƏ MƏKTƏBİ”nin nümayəndələri yaşadıqları ərazidə yeniyetmələri, gəncləri başlarına yığıb dini mövzularda təlimlər keçirlər, kimlərisə təbliğ edirlər, onları məktəblərə pulsuz hazırlaşdırırlar...
Bir sözlə, əsl FETÖ metodları... Biz ZİRVƏ rəhbərliyinin özəl həyatına qarışmırıq, Kürdəmir yolunda həyat yoldaşı Humay xanımla avtoqəza keçirib salamat qalmalarından və s bəhs etmirik. Bizi ancaq dövlətimizin gələcəyi maraqlandırır.
Məlumdur ki, son vaxtıar hüquq-mühafizə orqanlarımız ölkəmizdəki FETÖ-çulara qarşı ciddi əməliyyatlar keçirib. Biz demirik ki, ZİRVƏ kurslarının rəhbərli Rahib İmrahimov FETÖ-çudur, amma bizə elə gəlir ki, ZİRVƏ kursları da ciddi nəzarətə götürülməli və orada yoxlamalar aparılmalıdır. Rahib İmrahimovun FETÖ-çu olub-olmaması yoxlanmalıdır. //gundelik-baku.com//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.