Ağalar Vəliyevə "DUR" deyən tapılmayacaq? - Qanlıgöl sakinləri qan ağlayırlar... VİDEO

1-10-2023, 11:25           
Ağalar Vəliyevə "DUR" deyən tapılmayacaq? -
Yasamal rayonunun Qanlıgöl massivi sakinləri kanalizasiya problemindən əziyyət çəkir.

Sakinlər deyir ki, evlərinin yanında "Kristal Abşeron" MTK-ya aid yaşayış kompleksi inşa edilir.

Tikintiyə görə sakinlərin kanalizasiya borularına tıxac vurulur.

Beləcə sakinlər evlərində kanalizasiyadan istifadə edə bilmir.

Qanlıgöl sakinləri deyir ki, məsələ ilə bağlı aidiyyatı orqanlara dəfələrlə şikayət olunsa da, şikayətləri cavabsız qalıb.

Sakinlər hətta bu məsələyə görə dəfələrlə yolu da bağladıqlarını deyirlər.

Həftə sonu olduğundan sakinlərin şikayəti ilə bağlı "Kristal Abşeron" MTK-dan mövqe almaq mümkün olmayıb.

Meydan TV

Daha ətraflı aşağıdakı videoda:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru