Xacmaz rayonunun 4 kəndinin sakinləri nazirə müraciət etdilər: "Cənab nazir kömək edin...." FOTO
26-12-2023, 09:56
Azərbaycan Respublikası Energetika Naziri cənab Pərviz Şahbazova
Surəti: “Azərenerji” ASC-nin prezidenti Baba Rzayevə
Surəti: “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədova
Xaçmaz rayon Qoçaqlı, Hacıməmmədoba, Pirquluoba və Yeni Sudur kənd sakinləri tərəfindən
Şikayət Ərizəsi
Hörmətli cənab nazir,
Bildiririk ki, yuxarıda qeyd etdiyimiz kəndlər Xaçmaz Elektrik şəbəkəsinin Xudat sahəsinin nəzdindəki elektrik şəbəkəsinin Azərbbaycan xəttindən qidalanır. Qeyd etdiyimiz kəndlərdə komunal borclar yox dərəcəsindədir. Amma buna baxmayaraq demək olar ki, hər gün işığımız sönür. Gün ərzində 4-5 dəfə işğın söndürdüyü və sutkalarla işıqsız qaldığımız günlər olur. Elektrik enerjisinin dayandırılması isə ümumiyyətlə hava şəraitindən asılı deyil. Günəşli, mülayim sakit hava şəraitində , külək, yağış və qarda da işıqsız qalırıq. Bizim kəndlərdə içməli su təminatı subartezian su quyuları vasitəsilə təmin olunduğundan , su təminatı üçün mütləq şəkildə 3 faza elektrik enerjiyə ehtiyac duyulur. İşıqsız qalanda ilk növbədə içməli su problemi yaşayırıq, yay aylarında işıq sönəndə aldığımız qida məhsullarımız ( ət, yağ, ağartma məhsulları və s. ) sıradan çıxır, qış aylarında isə evlərdə istilik sistemlərinin işləmədiyi üçün evlərimizi qızdırmaqda çətinlik çəkirik. Onu da qeyd etmək istəyirik ki, tez-tez işıqları yandırıb söndürdüyündən qısa-qapanmalar yaranmış bir çox evlərdə müxtəlif elektrik avadanlıqları (soyuducu, paltaryuyan, televizor, kombi və s.) sıradan çıxıb. Azərbaycan xəttin ərazisində yay boyu budama işləri aparılmayıb, müxtəlif xətlərdə yaranan qəzalara görə sakinlərinin israrından sonra sakinlərin iştirakı ilə bəzi yerlərdə budama işləri aparıldı. Biz sakinlər təmir-bərpa işlərində hər zaman öz köməyimizi əsirgəmirik. Yenə də bu problemlərin bir daha yaranmaması üçün biz sakinlərin üzərinə düşən nə varsa canla-başla köməklik etməyə hazırıq. Amma biz də bilək ki çəkdiyimiz əziyyət səmərəsiz qalmayacaq.
24.04.2023-cü il tarixdə əsən küləkdən ağac yüksək gərginlikli xəttin üzərinə aşaraq Xaçmaz rayon Pirquluoba kəndin ərazisində 4 dənə elektrik dirəyini sıradan çıxarıb. Həmin aşan ağacların ərazidən təmizlənməsini kənd sakinləri görür. Hadisədən 3 saatdan artıq müddət keçməsinə baxmayaraq “Azərişıq” ASC-nin əməkdaşları məlumatlı olduğu halda, heç kəs gəlməyib. Bundan əlavə bir neçə ağacın da aşma təhlükəsi var. Həmin ağacların və hadisə yaranmış ərazinin fotoşəkillərini şikayət ərizəsinə əlavə edirik.
"ŞİMAL" Regional Enerji Təchizatı və Satış İdarəsi Xaçmaz Elektrik Şəbəkəsinin Xudat sahəsi tez-tez işıqları söndürməklə biz əhaliyə zülm edir, günü-gündən abadlaşan, inkişaf edən qalib Azərbaycan dövlətinin imicini zədələyir və Müzəffər Prezident cənab İlham Əliyevin apardığı uğurlu siyasətini ləkələyir.
Hörmətli cənab nazir:
Yuxarıda sadaladığımız problemləri və Azərbaycan Respublikasının ali qanunlarını rəhbər tutaraq, aidiyatı qurumlara müvafiq tapşırıq və göstərişləri verməyinizi, problemin qısa zamanda aradan qaldırılması istiqamətində köməklik göstərməyinizi xahiş edirik.
Kənd sakinləri:
Teref. Xocanın Blogu
Səhifəmiz hamının üzünə açıqdır.