Bələdiyyə sədri kəndin torpaqlarını icra başçısı və müavini ilə birgə satıb – AĞDAŞ SAKİNİNDƏN İDDİA / VİDEO

16-01-2024, 08:54           
Bələdiyyə sədri kəndin torpaqlarını icra başçısı və müavini ilə birgə satıb – AĞDAŞ SAKİNİNDƏN İDDİA / VİDEO
Ağdaş rayonu, Dəhnəxəlil kənd sakini Məhərrəmov Elşən Feruz oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, kənd bələdiyyəsinin ehtiyat fondunda olan torpaq sahələri qanunsuz olaraq satılıb:

“Mən, Məhərrəmov Elşən Feruz oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirmək istəyirəm ki, keçmiş bələdiyyə sədri Əhmədova Pərvanə Yusif qızı Ağdaş rayonunun icra başçısı Tofiq İbrahimov və başçının keçmiş müavini Əsgərxan Əsgərovla birləşərək, Bələdiyyənin ehtiyat fondunda olan 10-15 hektara yaxın torpaq sahəsini, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, qanunsuz olaraq satıblar.

Bu məsələ ilə bağlı kənd bələdiyyəsinin yeni sədri Ayaz Abdullayevə müraciət edib, bütün bildiklərimi danışdım. Ona bildirdim ki, ailə sahibiyəm, 2 oğlum, 1 qızım var və mənim də uşaqlarıma torpaq sahəsi verilməsini xahiş etdim.

Qanunsuz yollarla satılan torpaqlar geri qaytarılsa, həmin torpaqlar həqiqətən də ehtiyacı olan biz kəndlilərə paylanılardı. Əlimdən gəldikcə bildiklərimi bütün qurumların diqqətinə çatdıracağam”.

Şikayətçinin redaksiyamıza göndərdiyi video-müraciəti olduğu kimi oxuculara təqdim edirik:

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.