QANUNLA VƏ QANUNSUZ FƏALİYYƏT GÖSTƏRƏN KARXANALAR, YARADILAN SÜNİ MANİƏLƏR

12-02-2024, 10:16           
QANUNLA VƏ QANUNSUZ FƏALİYYƏT GÖSTƏRƏN KARXANALAR, YARADILAN SÜNİ MANİƏLƏR
Azərbaycanda onlarla daş, qum-çınqıl karxanaları fəaliyyət göstərir. Təkcə onu qeyd edək ki, çayların məcrasında olan qum-çınqıl o dərəcədə şəhərlərə daşınır ki, hətta çaylar artıq öz məcrasını dəyişir və ətraf mühitə ciddi ziyan dəyir. Bunun bircə adı var -"ekoloji terror".

Qanuni müqaviləsi olan daş, qum, çınqıl karxanaları Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi verdiyi müqalivə əsasında qanunla nəzərdə tulan anlaşmaya əməl etmir. Regionlarda müqaviləsi bitmiş karaxanalar da fəaliyyətini görmək mükündür.

Ekologiya.az-ın əməkdaşları yuxarıda qeyd etdiyimiz problemlə bağlı araşdırmalara başlayıb.

Əvvəlcədən qeyd edək ki, müqavilə əsasında fəaliyyət göstərən karxanalar da qaydaları pozaraq ərazidən kənara çıxıb yaşıllıqlara ciddi zərər vurduqları üzə çıxıb.

Əməkdaşımızın məlumatına əsasən İmişli rayonunda aparılan araşdırma zamanı qanunsuz fəaliyyət göstərən çınqıl, qum karxanası aşkar olunub. Bununla bağlı 3 saylı RETSİ - nə məlumat verilib.

3 sayĺı RETSİ - nin əməkdaşları ərazisində qanunsuz fəailiyyət ğöstərən karxanada 2300 kub qum və çınqıl qarışığı daşıntısı aşkar edib. Qanunu pozan karxana sahibinə akt tərtib olunaraq cərimə protokolu yazılıb.

İdarədən əməkdaşlarımıza bildirilib ki, "qanunları pozananlara qarşı bundan sonra da müntəzəm reydlər aparılacaq, qanunsuz fəaliyyətdə olan karxanalrın fəaliyyəti dərhal dayandırılacaq. Bununla yanaşı müqavilə ilə fəaliyyət göstərən karxana sahiblərinə də şərtlərə əməl etmələri töfsiyyə edirik..."

Əməkdaşımız onuda bildirib ki, sahibkarlardan bir neçəsinin dediyinə görə, "məlum fəaliyyətdə olmaq üçün qanuni sənədləri almaq əvvələr daha asan idi. İndi isə dəfələrlə müraciətlərimiz cavabsız qalır. Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən yüksək məbləğlərdə cərimələr olunur. Bizlər isə bu cərimələri ödəmək üçün fəaliyyət göstərməliyik, amma agentlik tərəfindən icazə ala bilmirik.Təsəvvür edin, real dövriyyəsi normativlərə cavab verən daş, çınqıl, qum, əhəng karxanaları, klinker istehsal edən sexlər bütün ekoloji normaları keçir. Amma agentlik tərəfindən yenə də süni maniələr yaradılır. Bu da məhkəmə çəkişmələrinə gətirib çıxarır. Bəzi karxana sahibləri agentlik tərəfindən olunan cərmələrlə bağlı məhkəmələrə üz tutmuşlar. Bununla bağlı məhkəmə bir neçə sahibkarların xeyrinə qərar verib. Əfsusslar olun ki, bu gündə bəzi sahibkarlar və karxana shibləri ilə Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi arasında problemlər yaşanır. 100-dən çox sahibkar qanuni fəaliyyət göstərməsi üçün müqavilə sənədlərin hələ də ala bilimir..."

QEYD:
Ekologiya.az-ın əməkdaşları Şəki şəhər,Tərtər, ismayıllı, Daşkəsən, Samux, Qazax və Şəmkir rayonlarında olacaq, Qanuni və qanunsuz fəaliyyətdə olan daş, qum , çınqıl karxanaları ilə bağlı araşdırma aparır, sahibkarların fikirlərini dinləyib, geniş reportaj hazırlayırlar.
Ekologiya.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.