“Az-Granata” zavodundan araq saxtakarlığı - Foto

17-08-2016, 18:58           
“Az-Granata” zavodundan araq saxtakarlığı - Foto
"Az-Granata” MMC zavodu araq istehsalında saxtakarlığa yol verib

Verilən məlumata görə, zavod istehsal etdiyi "Belıy volk” içkisində istehlakçıları aldadıb.

Arağın istehsal keyfiyyəti barəsində məlumat verilib ki, Girdimançayın suyundan və keçi südündən istifadə olunub. Amma məlum olur ki, elə Nərimanov rayon ərazisində hazırlanaraq satışa çıxarılıb.

Zavod ad seçimində də müştəriləri çaşdırıb. "Belıy volk” rus sözüdür və istehlakçı içkinin Rusiya məhsulu olduğuna inanır. "Az-Granata” MMC bu priyomla müştərilərə kələk gəlmək istəyib.

Məlumdur ki, rus arağı ilə yerli istehsalın keyfiyyəti arasında yerlə göy qədər fərq var. Zavod da "ağ canavar” mənasını verən rus sözü ilə araq buraxır.

Ad məsələsində digər məsələ Azərbaycan dövlətin dilinə hörmətsizlik edilməsidir. Belə ki, latın qrafikası ilə rus dilinin mənasını verən ad seçiblər. Bu da həm dil normalarının pozulmasıdır, həm də dilimizə sayqısızlıqdır.

Qanunlara görə, Azərbaycanda fəaliyyət göstərən istənilən şirkətin götürdüyü öhdəliklərdən biri də dövlət atributlarına hörmətlə yanaşmasıdır. Lakin "Az-Granata” MMC qanunun bunun tam əksinə gedərək, dövlət dilmizi bir kənara qoyaraq, rus dilinə önəm verir. xalqxeber.az
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
teref.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru