Lənkəranski sonuncu dəfə Azərbaycana niyə və nə vaxt gəlmişdi? - Özəl təfərrüatlar

19-08-2016, 20:04           

Rövşən Lənkəranski sonuncu dəfə Azərbaycanda 2014-cü ilin noyabrında olub. Həmin vaxt o, Aşurada iştirak etmək üçün doğulduğu Lənkəranı ziyarət edib.

Qaynarinfo.Az-ın məlumatına görə, Lənkəranski həmin il noyabrın 4-də doğulduğu şəhərdə keçirilən Aşura mərasiminə qatılıb. O zaman "qanuni oğru"nu şəhərin Kiçik Bazar adlanan ərazisində ətrafında 4-5 mühafizəçisi ilə görüblər.

Lənkəranski ilə yanaşı anası, həyat yoldaşı və uşaqları da Aşura mərasiminə qatılıb.

Məşhur "qanuni oğru" “Ded Xasan”ın qətlindən sonra Rövşən Lənkəranski əsasın Birləşmiş Ərəb Əmirliyində - Dubayda yaşayıb, İstanbula isə mütəmadi gəlirmiş.

Xatırladaq ki, məşhur kriminal avtoritet avqustun 17-də gecə saatlarında Türkiyənin İstanbul şəhərində naməlum killerlər tərəfindən içərisində özü ilə bərabər daha iki nəfərin olduğu "Range Rover"in gülləbaran edilməsi nəticəsində dünyasını dəyişib. Avtomobildən killerlərə cavab atəşi açılıb. "Range Rover"in sürücüsü və Rövşən Lənkəranski çoxsaylı güllə yaraları alıb.

Aldığı yaralardan sürücü yerində keçinib, kriminal avtoritet isə başından aldığı güllə yarasından xəstəxanada ölüb. Türkiyə polisindəki mənbələrin bildirdiyinə görə, Lənkəranskiyə 5 güllə dəyib. Güllələrdən biri onun gözündən dəyib və beynini dağıdaraq başının arxa tərəfindən çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru