““Bazarstore” işçilərə təzyiq edir” – Səttar Mehbalıyev

22-08-2016, 13:30           
““Bazarstore” işçilərə təzyiq edir” – Səttar Mehbalıyev
Azərbaycanda son illərdə qeyri-dövlət və özəl müəssisələrdə həmkarlar ittifaqlarının yaradılmasına diqqət artıb, həmkarlar ittifaqı orqanları öz müəssisələrində həmkarlar ittifaqı təşkilatı yaratmaq istəməyən xarici, birgə və özəl şirkətlərdə də inadla iş aparır. Lakin müəyyən əcnəbi şirkətlərdə buna hələ də nail olunmayıb.
“Report” xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının dövrü jurnalına müsahibəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev bildirib.
Onun sözlərinə görə, Bakıda fəaliyyət göstərən BP, “Statoil”, “Shell”, “Coca-Cola”, “McDonald’s” kimi şirkətlərin yerli bölmələri, “Bazarstore” mağazalar şəbəkəsində və digər bir sıra xarici və birgə şirkətlərdə işəgötürənlərin işçilərə təzyiqi üzündən həmkarlar ittifaqı təşkilatlarının yaradılması mümkün olmayıb.
Qeyd edək ki, hazırda 3 596 qeyri-dövlət sektorunda mövcud olan müəssisə və təşkilatda həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru