Azərbaycanlı jurnalistin FETÖ ilə bağlı kitabı türk dilində nəşr edildi

27-08-2016, 15:28           

Azərbaycanlı tanınmış jurnalist Aqil Ələsgərin FETÖ-dən bəhs edən kitabı qardaş Türkiyədə nəşr edilib

Jurnalist bu haqda sosial şəbəkədə məlumat verib. Onun sözlərinə görə, sözügedən kitabın əsasın türk dilində "Sessiz işgal -Azerbaycanda FETÖ Yapılanması" adlı kitab Türkiyənin son illərin ən məşhur, 2012-ci ildə "Yılın Yayın evi" və 2015-ci ilin "Düşüncə və İfadə Azadlığı" mükafatlarını almış "Kırmızı Kedi" nəşriyyatı tərəfindən çap olunub:

"Dünyaca məşhur yazarların, FETÖ ilə gerçək mübarizə aparan imzalar arasında imzamızın olmasına dəstək verən dəyərli insanlara, başda kitabın həm tərcüməsində, həm də belə bir yayın evində yayımlanmasında müstəsna rol oynayan dəyərli ustadım Mayis Əlizadə bəyəfəndiyə sonsuz təşəkkür edirəm. Kitabda şəbəkənin Azərbaycan fəaliyyətləri ilə yanaşı ideoloji tərəflərinə də toxunulub. Türkiyənin sabiq baş qərargah rəisi İlker Başbuğ, Yılmaz Özdil, Soner Yalçın, Sabri Uzun kimi məşhur yazarlar bu ayın evinin tərəfdaşlarıdır".

Xatırladaq ki, Aqil Ələsgərin FETÖ təşkilatlanmasından bəhs edən və Azərbaycan dilində çapdan çıxan "Terrorun Gülən üzü" adlı kitabı 2015-ci ilin may ayında işıq üzü görüb.
AZXEBER.COM












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru