ƏZİZ ƏZİZOV NİYƏ GÖZÜNÜ ŞƏHİDLƏRİN QANPULUNA,SİĞORTALARİNA DİKİB???
29-08-2016, 01:13

Siğorta idarəsinin keçmiş müdiri Elşad Təhməzovun Emailimizə yazdıqlarını sizə təqdim edirik !
Elşad Təhməzov Ağdamda N sayli hərbi hissədə vuruşmuş,ermeni ilə aralarında təxminən 13-14 metr məsafə olan “neytral”bir sahe olub.O rəhmətlik şəhidimiz polkovnik Raquf Orucovla eyni batalyonda olmuşdur.
Elşad Təhməzov: o dahi hərbiçi idi,bu həqiqətən belədir.Məndə onun haqqinda çox bilgi var.Mən onunla çox yaxin dost idim.Mübarizlə isə təsadüfən görüşürdük.O basqa hərbi hissədə idi amma hər ikimiz 2 ordu komandanlığında idik.
Deməyim odur ki,mən orda olan insanları çoox yaxşı başa düşürəm,onların haqqını kəsib başçıya vermək məncə sadəcə nakişilikdir.Məndən hər şəhid ailəsinə verilən 11,000 manatin 1,000 manatını tutmağımı və ona verməyimi məndən istədi.Mən mədəni bir şəkildə onun tələbini rədd etdim.Daha sonra isə o,xeylı sayda maşınların siğortalarini etdirdi və pulunu da vermədi.Və şəxsən o məndən şəhidimiz Nəsirov Röyal üçün ayrılan puldan 1000 manat tutmağımi məcbur etdi.Hətta notariusda işləyən Murad adlı şəxs Röyalın atasına qarşı çox böyük bir tərbiyəsizlik etdi.Şəhidin atası ağlyaraq əsəbi halda otaqdan çixdi.Mən də idarədən çıxıb onun arxasınca düşdüm.Bu olanlara mən də çox pis olmuşdum və şəhidimizin atasını birtəhər sakitləşdirə bildim.Sonra notariusa qayıtdım.Murad :”mən heç kimi saymıram,heç kimdən də qorxmuram, istəyir lap prokurora desin”dedi.Nəysə mən lazımı sənədləri toplamaq üçün siyahi aldim və gətirdim şehidin atasina izah etdim.
Sonra pul verildi,tam-tamına.Mən bank yolu ile köçürtmə etdirdim ki,pulu heç bir halda kəsə bilmesinlər.Amma mən Başçıya o pulu öz cibimdən ödədim ki,məni daha bezdirməsin.Amma Əziz Əzizov daha da şirnikləşdi,o elə bildi ki,mən şəhidin qan pulundan tutmuşam həmin o pulu.Və o məndən ardıcıl olaraq hər işimdə pullardan belə tutmağımi istədikdə men əsəbləşdim ki,sən nə danişirsan,mən şəhidin pulunu öz cibimdən vermişdim,mən kimsənin pulunu tuta bilmərəm.Başçı mənə: “vermirsənsə ərzəni yaz isləmə,mənə pul qazanan və mənə pul qazandıracaq adam lazimdir,sen get xeyriyəçiliyini işdən çıxandan sonra et”,dedi.
Əğər mənə inanmasalar, oğlunun ruhuna and verib Röyalın atasindan onu necə qarsıladiğımi, necə davrandiğımi soruşun, sizə desin bütün bu olanları da,notariusda olanları da təstiqləyər. Amma pul məsələsindən mən işlədiyim müddətdə xəbər tutmadı.Ondan sonra bilibsə deyə bilmərəm.
Bilirsiniz,elə adam var ki,yoldaşı şəhid olur üstəlik övladı da qalir,ona cemi 11000 manat pul verirlər,onunla uşağı necə böyütsün, hələ bu namərd də 1000 manatını tut deyir.
Min bir bəhanə ilə şərlətdirdi,sonra da atamin bazarina girişib bilmir nə etsin.
Reportyor.org
teref.az olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!