Aqstafada dövləti talamaq hesabına oliqarx olanlar
26-05-2015, 10:29
Prezident İlham Əliyev Binəqədi rayonunda 16 mərtəbəli binanın yanması və insan tələfatı ilə əlaqədar rəhbər orqanların iştirakı ilə keçirdiyi iclasda, haqlı olaraq məmurların özbaşınalığı ilə bağlı söylədiyi sərt tənqidi fikirlər ölkə ictimaiyyətinin ürəyincə oldu. Manatın məzənnəsinin qeyri-sabit şəkildə formalaşması, xüsusilə əhalinin yoxsul təbəqəsinə daha çox zərbə “endirildiyi” bir vaxtda, oliqarxların dövlət büdcəsinə milyonlarla vurduğu ziyan, əlbəttə ki, bağışlanılmazdır. Yəqin ki, ölkə başçısı bu dəfə şəxsi mənafeyini dövlət mənafeyindən üstün tutanlara, zəhmətsiz gəlirlə şəxsi xarüqələr yaradan, xarici banklara yatırımlar qoyan dövlət məmurları haqqında son sözünü deyəcəkdir. Onu da qeyd edək ki, bu proses bütün sivil ölkələrin hamısında bu cür olub.
DİA.AZ bildirir ki, sözegdən problem nəinki paytaxtda, əyalətlərdə də aktualdır. Məsələn, Ağstafa rayonunda uzun illərdi ki, dəmir yolu stansiyasının yanacaq bazasına rəislik edən Sakit Nəsibov, heç də Bakı milyarderlərdən geridə qalmır. Onun 20 ildən artıqdır ki, teplovozlar üçün nəzərdə tutulmuş yanacağı heç kimdən qorxmadan açıq satışa çıxarmaqla nələrə sahib olmasını az adam bilmir. Bu gün Sakit Nəsibov rayonun ən imkanlı adamlarındandır. Özünün dediyinə görə, ona bu şərait Dəmir Yolları QSC – nin sabiq rəisi tərəfindən yaradılıbmış. Yerlərdə isə bir sıra hüquq-mühafizə orqanları rəhbərlərini”himayə” götürməklə onları da susdura bilmişdir.
Ceyrançöldə böyük bir ferma, Ağstafadan Poylu kəndi istiqamətinə gedən yolda (dəmir yolu vağzalının 70 metrliyində) uzunluğu 100 m-yə yxın tikinti obyekti, oğluna inşa etdirdiyi dəmir yolu xəttinin 5 metrliyində villa, hazırda idarə etdiyi 10 HC 101 Dövlət nömrə nişanlı “Land Cruizer”, oğlanlarının adlarına 05 BA 001 Dövlət nömrə nişanlı CİP və digərlərinə onlardan da bahalı müxtəlif markada almış minik avtomobilləri, Bakının mərkəzində mənzillər və s. kimi daşınan və daşınmaz əmlaklar yalnız Sakit Nəsibovun kariyerası ilə bağlıdır. Məsələ ilə əlaqədar Ağstafa RİH-də söhbət düşəndə, bir nəfər icra məmuru bildirdi ki, “açığı bütün Ağstafa Sakit Nəsibova işləyir”.
Sakit Nəsibov gündəlik gələn gəlirin sayı-hesabını bilmir, desək, heç də səhv etməmiş olarıq. O, ildə 3 dəfə xarici ölkənin ən yaxşı yerlərində dincəlir. Öz dediyinə görə, “yığılan varidatın üstündə oturmaq üçün, sağlamlığının da qədrini bilmək lazımdır”. Belə ki, spirtli içkilərin də ən yaxşısını, ən bahalısını içməyi xoşlayır. Atalar demişkən: “Varlığa nə darlıq?”
Milyon üstündə oturan Sakit Nəsibovun hansı yollarla dövlət əmlakına ziyan vurması çoxlarına bəllidir. Quru əmək haqqı ilə bir toyuq damı tikmək mümkün olmadığı halda, bəs onda Sakit Nəsibov nə üçün məsuliyyətə cəlb olunmur?
Rayonda bir adam da barmağını qatlayıb deyə bilməz ki, milyonçu Sakit Nəsibov bir qaçqına, şəhid ailəsinə və ya kimsəsizə əl tutub... Kiməsə səhvən tutubsa, o da ya təmanna, ya da məcburi şəkildə olub.
Sakit Nəsibov o qədər özündən xoflu və taladığı dövlət əmlakının məsuliyyətindən səksəkəlidir ki, bu adamın bəlkə də 20 mobil nömrəsi var. Heç birinə də düşmək mümükün deyildir. Rayon rəhbərliyinə, hüquq-mühafizə orqanlarına Nəsibov lazım olduqda, onu hansısa özəl ali məktəblərdən birini qurtarmış Ağstafa Rayon Məhkəməsində işləyən Zaur Nəsibovun xətti ilə tapırlar. Zaur Nəsibovun məhkəmə orqanına gəlişi isə, vaxtı ilə Ağstafa Rayon Məhkəməsinin sədri, sonradan Qazax Rayon Məhkəməsinin sədri işləmiş, 9 il Qazağa “qan” udduran, daha sonra korrupsiya üstündə prezident sərəncamı ilə hakimliyinə vaxtından əvvəl xitam verilərək işindən kənarlaşdırılan İlham Nuriyevlə bağlı olmuşdur. Cünki Zaur Nəsibovu o savadla tamahı “Həzrəti-Əlinin qılıncından iti olan” yalnız İlham Nuriyev işə götürə bilərdi.
Milyonçu Sakit Nəsibovun dövlət əmlakını talamaqla vurduğu ziyanın xronikasını bir gün oturub qələmə alsaq da, yenə başa çatdıra bilmərik. Məqsədimiz isə belə bir “xeyriyyəçini” bir daha ictimaiyyətə, ona “qanad” verənləri isə reklamla tanıtdırmaqdır.
Əgər bu şəxslə ciddi maraqlanılsa çox məsələlər ortaya çıxar. Belə yerdə Ulu Öndər Heydər Əliyevun dahiyanə sözü də yada düşür: “Mənə məlum olmayan faktları üzə çıxaran hər bir jurnalistə minnətdaram”.
Elə isə, Sizə də Allah qəni-qəni rəhmət eləsin, Ulu Öndər!
(Sakit Nəsibovun hələ ki, bizə məlum olan obyekt və əmlakının fotolarını oxucularımıza təqdim edirik)
İlham Hacalı
- Qazax