AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNİN QİYABİÇİ REKTORU - Zəfər Qurbanov idarəçiliyi ADAU-nu məhvə aparır İDDİA

8-07-2024, 08:08           
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİNİN QİYABİÇİ REKTORU - Zəfər Qurbanov idarəçiliyi ADAU-nu məhvə aparır İDDİA
Redaksiyamıza ADAU-nun bir qrup professor-müəllim heyəti adından müraciət daxil olub. Bəzi şəxsi məsələlərə toxunulan hissələri çıxardaraq
şikayətin ikinci hissəsini oxuculara təqdim edirik:
Əvvəli burda:https://teref.az/manset/338565-azerbaycan-dovlet-aqrar-universitetinin-qiyabici-rektoru-zefer-qurbanov-idareciliyi-adau-nu-mehve-aparir-iddia-foto.html
Zəfər Qurbanov rektor gələndən ADAU-nun maddi-texniki bazasını dağıtmaqla məşğuldur. Bu gün baytarlıq fakültəsində bivariuma üfunət iyindən girmək mümkün deyil. Onun içərisi alaq otları və müxtəlif zibilliklərlə doludur. Fakültəyə məxsus fermaların hamısı Zəfər Qurbanov tərəfindən satıldı. Bu bivariumda dovşan, siçan, at, qoyun, donuz və s. hamısı əvvəllər ayrı-ayrı seksiyalarda saxlanırdı. İndi isə Zəfər Qurbanov bunların hamısını satıb dağıtmış, bütün müxtəlif heyvanları at, donuz, dovşan, siçan və s. hamısı bir yerdə saxlanıır. Aqrar sahədən, bayarlıqdan tam xəbərsiz adam da bilir ki, bu heyvanları bir yerdə saxlamaq olmaz. Amma universitetin mütəxəssisləri nə qədər iclaslarda bunu neft mühəndisi Zəfər Qurbanova izah edib əsaslandırsalar da bunu eşitmir və bildiyini edir. Artıq tədris prosesində tələbələrə öyrətmək üçün bivaruiuma yığılmış heyvanların bir neçəsi də baxımsızlıqdan ölmüşdür.
Aqrar sahədən və idarəçilikdən xəbərsiz olan Zəfər Qurbanov bilmir ki, o rektor əvəzi təyin olunmamışdan əvvəl sabiq rektor İbrahim Cəfərov bu fermaları necə saxlayırdı? İri buynuzlu və xırda buynuzlu heyvanların yemlərini necə alırdı? İbrahim Cəfərov heyvandarlıqdan da əlavə, quşçuluğun, balıqçılığın inkişafı və tələbələrin ixtisası üzrə öyrənməsi üçün əlindən gələni edirdi. Baytarlıqda oxuyan tələbələrə dərsdən sonra aylıq əmək haqqı verərək həm işlədirdi, həm də onları öyrədirdi. Sabiq rektor İbrahim Cəfərovun dönəmində həm işçilərin sayı çox idi, həm də tədris olunan fənlər üzrə təsərrüfat sahələri çox idi. Amma indi Zəfər Qurbanov həm maşın-traktor parkını dağıdır, həm heyvanları tamamilə satır, deyir ki, bunları saxlamağa vəsait yoxdur, amma bunlar ixtisaslı kənd təsərrüfatı kadrlarının yetişməsi üçün çox vacibdir.
Zəfər Qurbanov bir neçə kafedra müdirlərindən İlqar Gəncəyevdən, Azər Xəlilovdan, Aydın İsayevdən çoxlu şikayət olunmasına baxmayaraq, onlar haqqında heç bir tədbir görmür. Amma yaxşı işləyən, məsuliyyətli, çox savadlı olan Hümbətov Hümbəti vəzifəsindən, hətta müəllimlikdən belə çıxartdı.
ADAU-da məzun günü keçirilir, bütün tələbələr gedib sabiq rektor İbrahim Cəfərovun başına toplaşır, onunla şəkil çəkdirir.
Maraqlı odur ki, universitetdəki haqsızlıqlardan şikayət edəndə prorektorlar, şöbə müdirləri, dekanlar deyir ki, biz kimik ki? Yaxşı, onda professor müəllim heyəti dərdini kimə desin? Həftənin 4 gününü Bakıda ailəsinin yanında olan, Türkiyədə, Avstriyada, Portuqaliyada gəzməklə rektorluq vəzifəsini idarə edən, işdə tapılmayan qiyabiçi rektoramı??????
Nə edək, qalmışıq sualların əlində. Heç kim bu məsələ ilə qətiyyən maraqlanmır, sanki elə belə də olmalıdır....
Hörmətlə, ADAU-nun bir qrup
professor-müəllim heyəti
Hörmətli rektordan məqalədə qaldırılan iddialarla bağlı münasibət öyrənmək istəsəkdə Universitetdən zənglərimizə cavab verən olmadı.
Lakin yenədə adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq!
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.