Xətaidə yenidən qanunsuz tikintilər aparılır-Ciddi xəbərdarlıqdan nəticə çıxarılmadı….

15-07-2024, 16:34           
Xətaidə yenidən qanunsuz tikintilər aparılır-Ciddi xəbərdarlıqdan nəticə çıxarılmadı….
Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyətində paytaxt Rayon İcra Hakimiyyətlərinin və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş müşavirədə Xətai RİH başçısına ciddi xəbərdarlıq edilib. Buna səbəb qeyri-yaşayış obyektlərinin fasadlarının və mövcud hasarların vəziyyətinin qeyri-qənaətbəxş olmasıdır.

TEREF xəbər verir ki, xüsusilə Xətai rayonunda təmir-bərpa işləri səliqəsiz həyata keçilir. Bu, vətəndaş şikayətlərində də əksini tapır. Son günlər mətbuatda qeyd olunur ki, obyekt sahibləri səkiləri zəbt edir. Təbii ki, buna səbəb müvafiq qurumların prosesə göz yummasıdır. Əsas cavabları bundan ibarət olur ki, obyekt xüsusi mülkiyyətdədir. Yəni əvvəlki illərdə razılıq alınıb. Burada xüsusi ilə vurğulamaq istərdik ki, hazırki icra başçısı Rafiq Quluyev 1997-ci ildən Xətai Rayon İcra Hakimiyyətində çalışır. O, ümumi şöbədə müfəttiş, 2003-cü ildən müfəttiş-inspektor, 2006-cı ildən 2012-ci ilədək həmin şöbənin müdiri vəzifələrində çalışıb. 21 may 2012-ci ildən 19 dekabr 2013-cü ilədək Başçının müavini, 2013-cü il dekabrından 12.11.2019-cu il tarixədək başçının 1-ci müavini vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2019-cu il tarixli müvafiq Sərəncamı ilə Xətai rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Bu, səkiləri zəbt edən obyektlərin tikilişi üçün razılıqla bağlı suallara təxminən aydınlıq gətirir. İcazə 1980-ci illərdə alınmayıb axı… Məsələn, “Əhmədli” metrostansiyası yaxınlığında, yol ayrıcında, yaşıllıq sahədə obyektlər 4-5 il bundan öncə tikilib. Misallar çoxdur. Nöqsanlardan nəticə çıxarılmazsa, yəqin ki, icra başçısı vəzifəsindən azad olunacaq. Burada Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Aritektura Komitəsinin də üzərinə məsuliyyət düşür. Onların “obyekt xüsusi mülkiyyətdədir” və ya “Müvafiq qaydada müraciət olunub” kimi standart cavabları Komitənin işinin öhdəsindən gəlmədiyini göstərir. Axı bu qurumun qarşısında xüsusi tapşırıqlar qoyulub. Sədr Anar Quliyev Komitənin fəaliyyətinə yenidən nəzər yetirməlidir.Pravda.az



Xətaidə səliqəsiz, səkiləri, avtobus dayanacaqlarını zəbt edən obyektlərlə bağlı faktları təqdim edəcəyik…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.