Qanunsuz şirkətlərə indi hansı məmurlar nəzarət edir? - Köhnə bazarda, köhnə metod...

15-07-2024, 11:46           
Qanunsuz şirkətlərə indi hansı məmurlar nəzarət edir? - Köhnə bazarda, köhnə metod...
Ölkənin Gömrük sistemində illərdir oturuşmuş "qanunsuz fəaliyyət göstərən şirkətlər" mövzusu hələ də gündəmdədir.

Daha doğrusu, bu şirkətləri idarə edən məmurlar bir müddət sakitləşsə də, yenidən aktivləşiblər. Bir neçə gün əvvəl Bizimxeber.az-a daxil olan məlumatda qeyd olunurdu ki, uzun illər ölkənin Gömrük sistemini iflic edən, büdcədən milyonların oğurlanmasına yol açan qanunsuz fəaliyyət göstərən şirkətlər sistemi yenidən aktivləşib.

Məlumatda qeyd olunurdu ki, bu şirkətlər diğər qanuni fəaliyyət göstərən, onlarla işçi saxlayan, anbarı və qanuni fəaliyyəti olan şirkətlər üçün problemlər yaradır.

Yeni yaradılan onlarla qanunsuz şirkət İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi rəhbəri Azər Məmmədovun özünün və yaxınların nəzarətində olduğu iddia edilir. Dövlət büdcəsini vergi ilə dolduran bu qanuni şirkətlər, büdcədən oğurlayan qanunsuz şirkətlərinin, onların yaratdığı monopoliyanın qurbanına çevirilir.

Bu kimi şirkətlər təkcə büdcədən oğurluq etmir, yüzlərlə insanı intihara sövq edir, ailələri dağıdır...

Əvvəlki illərdə belə şirkətlərin qurbanına çevirilən yüzlərlə insanın adını çəkmək olar. Bu qanunsuiz fəaliyyət göstərən şirkətlərin əsas işi xarici ölkələrdən Azərbaycana müxtəlif səpkili məhsulların idxalı ilə bağlıdır.

Onların işi hansısa savadsız, kasıb insana 100 min manatlarla vergi borcu yazılmasından tutmuş, dövlət büdcəsində külli miqdarda ziyan vurmağa yönəlib. Nəticədə işbaz məmur milyonlar qazanır, hansısa sahədəki monopoliyanı nəzarətində saxlayır.

Qanunsuz fəaliyyət göstərən, anbarı olmayan, heç bir rusum ödəməyən, mal dövriyyəsi az göstərilən və ya heç göstərilməyən şirkətlərin malları asanlıqla ölkə ərazisinə daxil olur, sənədləşdirilir və bazara buraxılır. Bu hal belə fəaliyyət göstərən qanunsuz şirkət üçün ilk yaşıl işıqdıq. Ardınca isə hansısa şəxsin öünü öldürməsi və ya ömrlük vergi borcları ilə yaşamasıdır.

Həmçinin bunların fəaliyyəti qanunla fəaliyyət göstərən, vergiləri vaxtında ödəyən, anbarları olan, işçilər saxlayan və DSMF ödəyicisi olan şirkətlərin sıxışdırılması prosessinin sürətlənməsinə "töhfə"dir.

Vətəndaşların adına yazılan külli miqdarda vergi borcu əsasən ölkəyə mal idxal edən işbazların və monopolist məmurların əli ilə yaradılan "şirkət" sahiblərinə aiddir. Daha doğrusu, bu şəxslər sıradan adamlardır və kasıb təbəqənin üzvləridir.

Prosses təxminən belə aparlır...

Belə şirkətləri yaratmaq istəyən monopolist məmurlar ətraflarına bir neçə yaxşı aldatmaq qabiliyyəti olan şəxsləri toplayaraq onlardan dost-tanışlarının, yaxın qohumlarının adına müəyyən kiçik ödənişlər edilməklə şirkətlər açılmasını istəyirlər. Bu şəxslər də, ehtiyac içərisində olan qohumlarına adına şirkət açılmasını təklif edir və müxtəlif şirinləşdirici vasitələrlə belə şirkətlər açılır, etibarnamə ilə diğər şəxslərə həvalə olunur.

Nəticədə vergi borcu adına şirkət olan şəxsə yazılır. Bir müddət sonra isə adına şirkət açılan şəxsin ünvanına borc barədə məktub gəlir və ödənilməsi tələb olunur.
Bir qədər qanuni araşdırma aparsaq belə bir qənaətə gəlmək olar ki, vergi orqanı öz işini görür və borc barədə vətəndaşı məlumatlandırır və ödəməsini tələb edir. Nəticədə insanlar ya intihar edir, ya da ailəsi dağılır... istənilən halda insan üçün problem yaradır.

Amma işin ən vacib tərəfi budur ki, bu qədər məlumatların fonunda aidiyyatı qurumlar hələ də susur.

Elə isə maraqlıdır ki, nədən ölkə büdcəsini doldurmaqdan sorumli olan Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, Gömrük Komitəsinin rəhbəri Şahin Bağırov da hələ də bu işbazlarla bacara bilmir. İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi rəhbəri Azər Məmmədov da səsini çıxartmır...

Görəsən niyə?

Görəsən, həqiqətən də aidiyyatı qurumların belə qanunsuz şirkətlərin fəaliyyətindən xəbəri yoxdur? Həqiqətən də bu şəxslər baş verənlərin ölkə büdcəsinə nə qədər böyük ziyan vurduğundan xəbəri yoxdur?

İnandırıcı görünməsə də, biz reallığı yazırıq və Gömrükdə yenə də qanunsuz fəaliyyət göstərən şirkətlər və onların qolçomaq rəhbərləri milyonları 1 dəqiqədə qazandığını araşdırırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.