“Azərenerji” də Üzeyir Yusifov problemi – İdarə rəsinin əməlləri rəhbərliyi hədəfə gətirib
17-07-2024, 07:14
“Azərenerji” ASC-nin Enerji İstehsalı Operatoruun İstilik Avadanlıqları İstismarı və Təmiri Xidməti İdarəsinin rəisi Üzeyir Yusifovla bağlı qalmaqallı məlumatların mətbuatda davamlı işıqlandırılması adı çəkilən qurumun rəhbərliyini hədəf halına gətirib.
AzFakt.com-un əldə etdiyi məlumata görə “Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyevin himayəsində olan 66 yaşlı Üzeyir Yusifovun əmlaklarının, var dövlətinin siyahısı ortaya çıxandan sonra rəhbərliyin idarə rəisinə münasibəti xeyli dəyişib. Üzeyir Yusifovla bağlı qalmaqallı məlumatlarda Balababa Rzayevlə Ziyəddin Quliyevin adının hallanması isə onları da hədəf halına gətirib.
Bu barədə saytımıza məlumat verən mənbə bildirir ki, Üzeyir Yusifovun məhz səhvi ucbatından ortaya çıxan qalmaqallı məlumatlara görə qurumun rəhbərliyi başda isə vitse-prezident Ziyəddin Quliyev idarə rəisinə ciddi şəkildə qəzəbləniblər. Hətta Ziyəddin Quliyevin Üzeyir Yusifovu qovması barədə “Azərenerji” ASC dəhlizlərində söhbətlə dolaşır. Ancaq bir müddət sonra Üzeyir Yusifov yenidən iş başına qayıdıb və fəaliyyətinin davam etdirir.
Mənbəmiz iddia edir ki, Ziyəddin Quliyevin Üzeyir Yusifovu xərcləməməsinin əsas səbəblərindən birincisi idarə rəisinin əlində “Azərenerji” ASC vitse-prezidenti barəsində kifayət qədər məlumatların olmasıdır.
Bildirək ki, Üzeyir Yusifovu rəhbərlik etdiyi Enerji İstehsalı Operatoruun İstilik Avadanlıqları İstismarı və Təmiri Xidməti İdarəsinin əsas vəzifəsi “Azərenerji” ASC-nin balansında olan bütün obyektlərin təmir-tikinti işlərinə nəzarət etməkdir.
Hər il “Azərenerji” ASC-də müxtəlif obyektlərin təmiri üçün milyonlara vəsaitlər ayrılır ki, bu işdə Üzeyir Yusifovun əsas korrupsiya ortaqlarından birinin məhz Ziyəddin Quliyev olduğu iddia edilir.
Mövzu ilə bağlı araşdırmalarımız davam edir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.