“Bank of Baku”ın İFLASIN ASTANASINDA...

18-07-2024, 09:39           
 “Bank of Baku”ın İFLASIN ASTANASINDA...
Ölkənin ən tanınmış banklarından biri olan “Bank of Baku” ciddi böhranın bir addımlığındadır. Tribunainfo.az xəbər verir ki, bunu bankın 2024-cü il üzrə açıqladığı maliyyə hesabatından açıq şəkildə görmək olar.
Həmin hesabatda qeyd edilir ki, 2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ilin il 6 ayı ərzində (yanvar-iyun) “Bank of Baku” ASC-nin kredit portfeli (müştərilərə verilmiş kredit) 53 milyon 624 min manat və ya 7,5% artaraq 30 iyun 2024-cü il tarixində 712 milyon 668 min manata çatıb. Amma bankın biznes kreditləri portfeli isə 5 milyon 771 min manat azalaraq 142 milyon 316 min manata düşüb.
Hesabatda bankın bir çox kateqoriyalar üzrə gəlirlərinin artdığı qeyd edilsə də, vacib komponentlər üzrə durumunun heç də parlaq olmadığı aydın görünür. Tribunainfo.az “Bank of Baku”nun rüblük hesabatına istinadən bildirir ki, sözügedən bankın cəmi əməliyyat gəlirlərinin (faiz və qeyri-faiz gəlirlərinin) 14 milyon 537 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 17 milyon 56 min manat artıb. Burada söhbət 3 milyon manatlıq artımdan söhbət gedir.
Bununla əlaqədar olaraq, ötən ilin ilk 6 ayında Bankın əməliyyat mənfəəti 16 milyon 236 min manat ikən, 2024-cü ilin eyni dövründə 13 milyon 717 min manata düşüb. Yəni, “Bank of Baku” daha bir kateqoriya üzrə 3 milyon zərər edib.
Amma “Bank of Baku”nin problemləri bununla da bitmir. Özlərinin yaydıqları hesabatda qeyd edilir ki, bankın “əmək haqqı və kompensasiya növləri üzrə xərclər” bəndində 700 min manatlıq artım var. Belə ki, keçən il 14 milyon 650 min manat olan xərclər, bu il 15 milyon 307 min manata düşüb. Buradakı artımı uğur yox, geriləmə kimi qəbul etmək lazımdır. Güman ki, bank hansısa filialını bağlayıb və ya bir xeyli işçisini işdən çıxarıb.
Qəribədir ki, bunun fonunda bankın “ümimi inzibati xərclər” artıb. Yəni, keçən il 2.5 milyon manat olan xərclər bu il artaraq, 3.2 milyondan bir qədər çox olub. İşin qəribəliyi isə odur ki, əmək haqqlarına azalma varkən, inzibati xərclər necə arta bilər?
“Bank of Baku”nun amortizasiya xərcləri də çoxalıb. Belə ki, söhbət 1 milyon manatdan 1.256 min manata qədər artmadan gedir.
Maraqlıdır ki, “Qeyri faiz xərcləri” kateqoriyası üzrə bankın “Digər xərclər” bəndində də xeyli şişmə var. Hesabata əsasən keçən il 13 milyon 343 min manat olan həmin xərclər bu il artaraq, 20 milyon manatı keçib. “Digər xərclər”in bu qədər şişməsi heç də xeyrə əlamət deyil. Daha çox bank haqqında əlavə şübhələrin yaranmasına səbəb ola bilər.
Bankın bir digər problem də “Mənfəət vergisindən əvvəlki mənfəət (zərər)” bəndinin xeyli aşağı düşməsidir. Bildirək ki, ötən il bu bənd üzrə “Bank Of Baku”nun mənfəəti 23.5 milyon manat olubsa, bu il həmin rəqəm 14.7 milyon manata enib. Bu azmış kimi, bankın ödədiyi mənffət vergisi də azalıb. Bu, 6.5 milyon manatdan 3.6 milyon manata düşüb.
“Bank of Baku”ya güvənsizliyin göstəricisi və təkliflərinin ağır olmasını təsbitləyə bir maraqlı məqam daha var. Belə ki, Bank of Baku ötən il banklar və digər maliyyə institutlarına 34 milyon manat kredit vermişdisə, bu ilin 6 ayında həmin rəqəm 0-a düşüb. Yəni, sözügedən bank bu ilin ilk altı ayında bir manat da olsun bu bənd üzrə kredit ayırmayıb. Bu da onun maliyyə sıxıntısı çəkməsi ilə yanaşı, həm də “Bank of Baku”ya olan güvənsizliyin əlaməti hesab oluna bilər.
Qeyd edək ki, “Bank of Baku”nun Müşahdiə Şurasının sədri Elçin İsayevdir. Xatırladaq ki, “Bank of Baku”nun Müşahidə Şurasının sədri Elçin İsayev bu ilin fevralında ölkə mediasına açıqlamasında iddialı çıxış etmişdi. O demişdi ki, “biz milyardlıq banka çevriləcəyik”. Lakin görünən odur ki, “Bank of Baku” nəinki milyardlıq banka çevriləcək, iflasla üz-üzə qala bilər. Bankın açıqlamasını işıqlandırmağa hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.