Aparat rəhbərinin Dubay biznesini çiçəkləndirən polkovnikin oğlundan yeni xəbər

26-05-2015, 23:07           
Aparat rəhbərinin Dubay biznesini çiçəkləndirən polkovnikin oğlundan yeni xəbər
Azərbaycan Beynəlxalq Bankının Dubay filialının həbsdə olan müdiri Adil Hüseynov Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına köçürülüb

Bu barədə virtualaz.org saytına vəkil Kamandar Nəsibov məlumat verib. Vəkil bildirib ki, yaxın günlərdə A.Hüseynovla görüşəcək.

Xatırladaq ki, A. Hüseynov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə təqsirləndirilən A.Hüseynovun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 3 ay 17 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.

Onu da qeyd edək ki, Adil Hüseynov Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili, hazırda ömürlük həbsdə olan Hacı Məmmədovun dəstəsi tərəfindən öldürülən, daha çox "qara polkovnik” adı ilə tanınan Fətulla Hüseynovun oğludur.

Mia.az xəbər verir ki, "Qara polkovnik"in oğlu ilə məşhur qanqestr Hacı Məmmədov və onun bacısı oğlu Elçin Əliyevin Azərbaycanın önəmli nazirliklərindən birinin aparat rəhbəri arasında gizli biznes əlaqələri olub və bu biznesin Adil Hüseynov vasitəsiylə davam etdirilməsi istisna deyil.

Diqqətli oxucular yəqin xatırlayır, həmin aparat rəhbəri Hacı Məmmədov və baçısı oğlunun məhkəməsində 300 min dollarından da vaz keçdi. Yəni o, həbs olunanlara bu pulu bağışladı. ..

Mia.az xəbər verir ki, Elçin Əliyev "Cahangir Hacıyevin işi" üzrə istintaqdan az öncə həbsdən buraxılıb.

Aparat rəhbərinin kimliyinə gəldikdə isə, onu bildirək ki, hazırda o və oğlunun barəsində araşdırmalarımız bitmək üzrədir. Yaxın günlərdə aparat rəhbərinin qaranlıq biznesindən tutmuş, saxta yollarla təhsil alan oğlunun barəsində cəmiyyətdə böyük maraq doğuracaq araşdırmanı oxuyacaqsınız!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.