YAP-ın siyahısına az qala göydən düşdü... indi də başçı onun üçün təlimat verir... - İDDİA
25-07-2024, 17:40
Azərbaycanda sentyabr ayının 1-də keçiriləcək parlament seçkilərinin təbliğat kampaniyasına rəsmən start verilməsə də, artıq bəzi icra hakimiyyətləri müəyyən namizədlərin xeyrinə görüşlər keçirir, müvafiq tapşırıqlar verirlər.
Xalqxeber.az xəbər verir ki, keçiriləcək parlament seçkiləri ilə bağlı qapalı görüş keçirən icra hakimiyyəti başçılarından biri də Naftalan şəhər icra hakimiyyətinin başçısı Vüqar Novruzov dur.
Vüqar Novruzov ötən gün İctimai Şura üzvləri ilə icra hakimiyyətində görüş keçirib.
Rəsmi xəbərlərində görüşün məqsədi ictimai şuranın fəaliyyəti ilə bağlı göstərilsə də, görüşün seçki fəallığının artırılması ilə bağlı əhali arasında təbliğatın aparılması və YAP tərəfindən namizədliyi irəli sürülmüş Bədəl Bədəlovun imza toplama kampaniyasına dəstək vermək olduğu bildirilir
Xatırladaq ki, Vüqar Novruzov 2019-cu ildən Naftalan şəhər icra hakimiyyətinin başçısı vəzifəsində çalışır.
Bu vəzifənin onun üçün tramplin olduğu deyilir.
Son günlər isə Vüqar Novruzovun paytaxtın mərkəzinə - Nəsimi rayonuna başçı təyin ediləcəyi barədə ölkə mediasında məlumatlar dərc olunmaqdadır.