8 km qəsəbəsindəki "yaşıl soyqırım"-ın acı statistikası

27-05-2015, 21:12           
8 km qəsəbəsindəki "yaşıl soyqırım"-ın acı statistikası
anunsuz şəkildə tikilən villalar yerlə-yeksan ediləcək, qanunu pozanlar cəzalandırılacaqlar. Bu yaxınlarda istifadəyə verilən yeni idman obyektləri ilə tanış olarkən gördüm ki, vaxtilə ulu öndər Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış "Dostluq" parkının bir hissəsini yenə də zəbt ediblər. Mən orada haradasa 7-8 il bundan əvvəl olmuşdum və görmüşdüm ki, "Dostluq" parkında ağaclar qırılır, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin, aydınlaşdırın, bütün tikilən binalar qanunsuzdur, onları sökün. Qoy onları tikənlərə dərs olsun. O gün həmin əraziyə gələndə yenə də görürəm ki, düz "Dostluq" parkının yanında - yamacda villalar tikilib. Dedim ki, bunları tikənlərin kim olduğunu öyrənin. Heç bir adam çıxmadı. Dedim ki, bir villanı sökün, görün, işin arxasından kim çıxacaq. Heç kim çıxmadı. Dedim, belədirsə, əgər heç kimə məxsus deyilsə, sökün, bunları dağıdın, başqalarına dərs olsun. Qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Orada elə istinad divarları tikilib ki, bəlkə də təkcə onun tikintisinə bir neçə milyon manat sərf edilib. Bu qədər özbaşınalıq olmaz". Göründüyü kimi, ölkə başçısı qanunsuz tikinti işlərinin aparılmasına və ağacların məhv edilməsinə açıq şəkildə etirazını bildirir. Həmçinin bu işləri həyata keçirənlərin cəzalandırılacağını deyir. Təəssüf ki, bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri ölkə başçısının tənqidlərindən nəticə çıxarmaq istəmir. Prezidentin ağacları kəsənlərə qarşı dəfələrlə sərt xəbərdarlıq etməsinə baxmayaraq, paytaxtın Nizami rayonunun ərazisində vəziyyət ağır olaraq qalır. Rayonun bir sıra prospekt və küçələrində yaşıllıqların kütləvi şəkildə qırılması, yerində müxtəlif iaşə obyektlərinin tikilməsi haqda hələ bir neçə ay əvvəl məlumat verərək əlaqədar dövlət qurumlarının rəsmilərini Nizami İcra Hakimiyyətinin başçısı Tahir Budaqovun barəsində ölçü götürməyə çağırmışdıq. Amma icra hakiminə törətdiyi qanunsuz əməllərə görə heç bir irad tutulmayıb. Məhz buna görədir ki, Qara Qarayev prospektində, daha dəqiq desək "Neftçilər" metrosunun yaxınlığında çoxillik ağaclar sürətlə məhv edilir. Qırılan ağacların yerində isə bir neçə mərtəbəli ticarət obyektləri tikilib. Məsələn, metronun "Neftçilər" stansiyasının "Komfort" şadlıq sarayı tərəfə olan çıxış hissəsinin yaxınlığındakı geniş ərazidə ağaclar amansızcasına məhv edilib. Yerində isə ticarət obyekti ucaldılıb. Redaksiyamıza daxil olan məlumatlarda deyilir ki, piyadaların yolunu zəbt edən, eyni zamanda onlarla ağacı qıran iş adamı (adını dəqiqləşdirə bilmədik-red) ərazidə özünə iri biznes obyekti tikdirib: "Hazırda həmin obyektdə son tamamlama işləri gedir. Sakinlərin gediş-gəlişi məhdudlaşdırılıb. Digər tərəfdən, tikinti işlərinin aparıldığı ərazi metronun sanitar zolağına aiddir. Yəni burda həyata keçirilən tikinti böyük təhlükə yaradıb. Əvvəllər ərazidə geniş yaşıllıq massivi var idi. Tikinti başlayan kimi bir gecənin ərzində ağacları kəsib-doğradılar. Dəhşətlisi odur ki, bütün proseslərdən yerli icra orqanlarının xəbəri var. Yayılan söz-söhbətlərə görə, tikintiyə birbaşa icra başçısı tərəfindən razılıq verilib. Bu ərazidə hələ mərhum Heydər Əliyevin hakimiyyətinin birinci dönəmində əkilmiş xeyli küknar ağacı var idi. Əvvəllər bura yalnız yaşıllıq zolağı olsa da, keçmiş başçı Mehbalı Əliyev tərəfindən gəlir mənbəyinə çevrilmişdi. O, yaşıllıqdan səyyar kafe kimi istifadə olunması üçün ərazini ayrı-ayrı sahibkarların ixtiyarına vermişdi. Onun qanunsuz əməllərini hazırkı icra hakimi təkrarlayır".

Vurğulayaq ki, Nizami paytaxtın ən çox əhaliyə və ticarət obyektinə malik olan gəlirli rayonlarından biridir. "8-ci kilometr" bazarına çatmamış yolun sağ hissəsində də "yaşıl soyqırımı" həyata keçirilib. Bizə çatan informasiyaya əsasən, hələ bir neçə il öncə çoxillik ağaclarla əhatə olunan ərazini hasara aldıran iş adamlarından biri burda ucu-bucağı görünməyən obyektlər tikməyə başlayıb. Bu məqsədlə yüzlərlə ağac qurban verilib. Xatırladaq ki, biz hələ həmin ərazidə tikinti işləri başlayan zaman oradan reportaj hazırlamış və aidiyyəti dövlət qurumlarına ağac qətliamının qarşısını alması barədə müraciət etmişdik. Nizami Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Babək Tatlıyev isə "Gündəlik Bakı"ya verdiyi açıqlamada Qara Qarayev prospektindəki obyektin tikintisinə 2008-ci ildə, yəni köhnə başçının dövründə icazə alındığını demişdi. Onu da bildirmişdi ki, ağacların qırılmasına görə 2010-cu ildə həmin obyektin tikintisi RİH tərəfindən dayandırılıb. Nizami Rayon İcra Hakimiyyəti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən əraziyə baxış keçirilib. Nazirliyin müvafiq rəyindən sonra tikintiyə icazə verilib. Rayon İcra Hakimiyyətinin rəsmiləri metronun çıxışındakı obyektin tikintisinə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rəy verildiyini açıqlayıb. Maraqlıdır ki, ETSN-dən qeyd edilən ərazilərdə tikinti aparılmasına nazirlik tərəfindən heç bir icazə verilmədiyi bildirilib. O da qeyd olunub ki, Qara Qarayev prospektində ağaclar olan ərazidə tikinti aparan hüquqi şəxs qanunsuz olaraq ağacları kəsdiyi üçün 180 min manat cərimələnib. Yəni burdan belə nəticəyə gəlmək olar ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz üzərinə düşən işi yerinə yetirib və ağacları kəsən şəxsləri cərimələyib. Lakin buna baxmayaraq, sözügedən ərazilərdə qeyri-qanuni tikinti işləri davam etdirilib. İcra hakimiyyəti isə bunun qarşısını almayıb. Sözsüz ki, bu məsələdə əsas məsuliyyət rayonun rəhbəri Tahir Budaqov cənablarının üzərinə düşür. O ağaclar qırılan vaxt qanunsuz aparılan tikintiyə icazə verməməli idi. Hörmətli icra başçısına demək istəyirik ki, cənab prezident ağacların qırılmasına və qanunsuz tikinti işlərinin görülməsinə son dərəcə həssas yanaşır. Odur ki, gec-tez Nizami rayonunun ərazisində həyata keçirilən "yaşıl soyqırım"ıyla bağlı da cəza tədbirləri görüləcək. Nizami rayonunda, xüsusi olaraq "Neftçilər" metrostansiyasının ətrafındakı binalarda yaşayan vətəndaşlar isə narahatdırlar. Onlar yerdə qalan ağacların da kəsilərək yerində göydələn, yaxud ticarət obyekti tikiləcəyindən əndişə edirlər. Rayon ərazisindəki ağac qətliamının kimlər tərəfindən aparıldığı və bu işə icazənin hansı orqan tərəfindən verildiyini araşdırmaq üçün Nizami RİH-in (012) 323-10-55 nömrəli telefonuna zəng vurduq. Dəfələrlə zəng etməyimizə baxmayaraq, təsərrüfat şöbəsinin müdiri Babək Tatlıyev dəstəyi qaldırmadı. Daha sonra icra başçısının köməkçisi Eldar Abbasovun (012) 422-10-04 nömrəli telefonuna zəng vurduq, amma o da cavab vermədi. İcra hakimiyyəti tikintiyə ETSN tərəfindən rəy verildiyini iddia edir, nazirlik isə bunun əksini deyir. Yaxşı olardı ki, məsələyə yuxarı instansiyalar səviyyəsində münasibət bildirilsin və "yaşıl soyqırımın"a şərait yaradanların kimliyinə aydınlıq gətirilsin. İcra başçısı məqalə ilə bağlı mövqeyini bildirmək istəsə, böyük məmnuniyyətlə şərait yaradarıq. \\ gundelik-baku.com \\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.