Generalın bacısı oğlundan ŞİKAYƏT – Neftçala sakini işdən qanunsuz olaraq çıxarıldığını iddia edir
27-08-2024, 16:04
Neftçala şəhər sakini İbrahimov Murad Seyfulla oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, Daxili qoşunların komandanı, general-leytenant ahin Məmmədovun bacısı oğlu Rəşad Məmmədov onu qərəzli şəkildə işdən çıxarıb:
“Mən, İbrahimov Murad Seyfulla oğlu, yazaraq bildirirəm ki, haqsız yerə işdən çıxarılmışam.
4 il Daxili qoşunlarda xidmət etmişəm. Daxili qoşunların komandanı Şahin Məmmədovun bacısı oğlu Rəşad Məmmədov məni qərəzli şəkildə işdən çıxarıb. Hərbi hissə komandiri Milli qəhrəman adından istifadə edərək, xəbərim olmadan işimə son verib.
Hətta qanunsuzluğun həddinə baxın ki, məni 156-cı maddə ilə işdən uzaqlaşdırıb. İndi heç bir yerdə işə düzələ bilmirəm.
Ailəliyəm, övladım var. Belə haqsızlıq olmaz axı! Sabah, birigün müharibə olsa, yenə bütün vəzifə sahibləri - özləri də, övladları da gizlənəcək. Amma bu gün “at oynadırlar”.
Rütbəsi olan bəzi məmurlar öz keflərindən geri qalmırlar.
Şahin Məmmədov bütün qohum-əqrabasını hərbi hissəyə yığıb. Öz qohumları işləsin deyə mənim kimi vətəndaşın da haqqına girib, balasının çörəyinə bais olur.
Rütbəlilərin hamısı hərbi hissədə şortiklə gəzib, kondisionerin altında dincəlirlər. Heç bir çəkiliş kanalı gəlib həmin vaxt şəkiliş etmir ki, yuxardakı qurumlar da görsün.
Qocalmağına baxmayaraq işindən çıxmaq istəmir. Özü işsiz qalmır, amma kimlərisə işsiz qoyur.
Onu da deyim ki, 156-cı maddə ilə işdən çıxarılan tək mən deyiləm”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.