Gədəbəy sakini “DOST” İş Mərkəzindən aldadılaraq işdən çıxarılıb - ŞİKAYƏT

27-08-2024, 16:08           
Gədəbəy sakini “DOST” İş Mərkəzindən aldadılaraq işdən çıxarılıb - ŞİKAYƏT
Gədəbəy rayonu, Qari kənd sakini Qayıbov Natiq Siyaş oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, həyat yoldaşını aldadaraq, “DOST” İş Mərkəzindən çıxarıblar:

“Mən, Qayıbov Natiq Siyaş oğlu, yazaraq sizdən xahiş edirəm ki, səsimi lazımi yerlərə çatdırasınız.

1993-1996-cı illərdə Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Ayaqlarımı həmin vaxt soyuq zədələyib, hazırda 1-ci qrup əlilliyim var. Aldığım təqaüd iynə-dərmanımı ödəmir.

Həyat yoldaşım Qayıbova Zərqələm Esnaf qızı “DOST” İş Mərkəzində abadlıq işinə baxırdı. Gərgər kənd icra nümayəndəsi ona deyib ki, iyun ayının 28-də sənin işinə xitam veriləcək. Beləliklə, öz ərizəsi ilə yoldaşım qanunsuz yerə işdən çıxarıldı.

3 qız övladım var, dolanmaq çox çətindir. Kənd icra nümayəndəsi bildirir ki, “DOST” İş Mərkəzi tezliklə bağlanacaq. Amma yalan deyir, bağlanmayacaq. Mənim yoldaşımı aldadıb, öz ərizəsi ilə işdən çıxardılar.

Mən, sizin sayt vasitəsilə “DOST” İş Mərkəzinin rəhbərliyindən xahiş edirəm, yoldaşım yenidən işə götürülsün”.
Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru