Erməni abidəsinin qarşısında erməni mahnısına qol açıb oynayan Səbinə kimdir? VİDEO

28-08-2024, 15:02           
Erməni abidəsinin qarşısında erməni mahnısına qol açıb oynayan Səbinə kimdir? VİDEO
Videodakı qadına diqqətlə baxın. Xankəndidə ermənilərin özünə rəmz saydıqları, qondarma Artsax respublikasının gerbində əks olunmuş nənə-baba heykəlinin qabağında erməni mahnısına rəqs edən bu qadının Adı Səbinə Vüqarlıdı.
Bu qadın barədə bir neçə ay əvvəl yazmışdım.
Tik-tok və digər şəbəkələrdə statuslar yazıb, canlı qoşulmalar edib Azərbaycan dövlətinin işğaldan azad olunmuş bölgələrimizdə, əsasən də Laçında gördüyü bərpa-quruculuq, yenidənqurma işlərini pisləyirdi.
Az müddətdə görülənlərə kölgə salmaq istəyirdi. Camaatı hökumətdən narazı salmaq, dövlətə qarşı qoymaq istəyirdi.
İndi bu xanım Xankəndidə erməni mahnısına qol götürüb sındıra-sındıra oynayır.
Qəribədir ki, belələrinə bizim hüquq-mühafizə orqanları da göz yumurlar.
İnstagram səhifəsində açıq-aşkar paylaşıb erməni mahnısı ilə kef edir, heç kim də bir söz demir.
Sima Babayeva
TEREF













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru