Abdin Fərzəliyevin adına çıxılan Andranikin fotosu olan bar Qoşqar Məmmədovun imiş
28-05-2015, 01:48
İki ay öncə ölkə mətbuatında Bakı şəhəri A.Heydərov 23 ünvanında, Nərimanov Rayon
Məhkəməsinin yaxınlığında (Montin qəsəbəsində) fəaliyyət göstərən “Montinburg”
adlı pivə barının azərbaycanlıların düşməni, qaniçən, vaxtilə milllətimizə qarşı bir çox qətliamlarda
iştirak edən erməni cəlladı Andranik Ozanyının şəkilinin vurulması ilə bağlı
məlumat yayılmışdı. Həmin məlumat yayıldıqdan dərhal sonra polislər adıçəkilən pivə barına
gedərək həmin şəkillər olan loqonu sökərək bu məsələ ilə bağlı araşdırma aparmışdılar. Ancaq bu araşdırmaların nəticəsinin necə olduğu bəlli deyil. Millətimizə qarşı qətliamlarda iştirak etmiş bir
cəlladın şəklinin paytaxtın mərkəzi hissələrində yerləşən bir barın loqosuna necə gəlib düşməsi ilə bağlı qaranlıq məqamlar hələ də açılmayıb. Bu hadisə aşkarlandıqdan sonra mətbuatda həmin obyektin əsl sahibinin Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev olduğu bildirilirdi. Amma indi bu məsələ ilə bağlı yeni məqamlar ortaya çıxıb. GUNXEBER.COM-un əldə etdiyi yeni məlumatlarda sözügedən obyektin sahibinin Nərimanov rayon Mənzil Kommunal Təsərrüfat İdarəsi rəisi Qoşqar Məmmədov olduğu bildirilir.
Buna görə də həmin obyektin sahibi kimi A.Fərzəliyevin də adı hllanıb. Yəni A.Fərzəliyevin ad bu cür çox ciddi qalmaqallı məsələdə Q.Məmmədova görə gündəmə gəlib. Çünki Q.Məmmədovun Nərimanov İcra Hakimiyyətinin rəhbərliyi ilə bir sıra şərikli obyektlərinin olduğğu bildirilir. “Montinburg” adlı pivə barı isə Q.Məmmədovun Bakıdakı çoxsaylı obyektlərindən biridir.
Onun paytaxtdakı digər obyektləri, onları hansı pullarla əldə etdiyi və kimlərlə şərik olduğu barədə redaksiyamıza daxil olan məlumatı dəqiqləşdirdikdən sonra onları da təqdim edəcəyik.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.