İcra başçısı Beyləqanda vəzifə satır - 30 min manata...

28-05-2015, 11:53           
İcra başçısı Beyləqanda vəzifə satır - 30 min manata...
Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev İH-nin Beyləqan şəhər üzrə nümayəndəliyinin başçısı postuna namizəd axtarır. Bu barədə Beyləqandan Gunxeber.com-a verilən məlumata görə, V.Abdullayev bir müddətdir ki, Azil Aslanovu bu vəzifədən azad edib. Hazırda A.Aslanovun bu postu müvəqqəti icra etdiyi bildirilir. Məlumatda o da qeyd olunur ki, V.Abdullayev yaxın ətrafına bildirib ki, bu postun ilkin qiyməti 30 min manatdır. Kim bu məbləği versə, Beyləqan meri postu ona həvalə olunacaq. Yerli məmurlar icra başçısının bu məbləği artıracağını istisna etmirlər. Çünki V.Abdullayev son illərdə rayonda böyük maxinasiyaları A.Aslanovun əli ilə Beyləqan şəhərinin abadlaşdırılması, su, kanalizasiya xətlərinin yenilənməsi, küçələrin asfatlanması adı altında həyata keçirib. Buna görə də, rayonda bu postda gözü olan şəxslər İH-nin Beyləqan şəhəri üzrə nümayəndəliyinin başçısı vəzifəsinin yağlı tikə olduğunu yaxşı bilirlər. Odur ki, V.Abdullayevin tezliklə bu posta adam tapacağı istisna deyil.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru