İki nəfərin boğulduğu tuneli tikən şəxsin oğlu Almaniyada 40 milyona hotel alıb

23-10-2024, 10:46           
İki nəfərin boğulduğu tuneli tikən şəxsin oğlu Almaniyada 40 milyona hotel alıb
Xəbər verdiyimiz kimi, Sabunçuda ötən gecə tunelə yağış sularının dolması nəticəsində 2 nəfər boğularaq ölüb.

TEREF-in “Unikal”a istinadən məlumatına görə, həmin tunel “Körpü Bina Tikinti” MMC tərəfindən inşa edilib.
Tunelin açılışı 2020-ci ildə olub.

Qeyd edək ki, “Körpü Bina Tikinti” MMC-nin direktoru Xəlil Göyüşovdur.

Jurnalist Cavanşir Həsənli özünün sosial şəbəkə hesabında yazıb ki, Xəlil Göyüşovun oğlu Ramiz Göyüşov bir neçə il əvvəl Almaniyanın Hamburq şəhərində 40 milyon avroluq ARENA OTELini (AGO Park Hotel Betriebs GmbH, Hamburg) alıb. Görəsən, hüquq mühafizə orqanları bu məlumatı araşdıracaqmı?













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru