Ali Məhkəmə Plenumunun qərarlarına hakimlər qüvvədən salır Konstitusiyanı, qanunu tətbiq etməyənlərə qərar kar edər?

Bu gün, 17:29           
Ali Məhkəmə Plenumunun qərarlarına hakimlər qüvvədən salır Konstitusiyanı, qanunu tətbiq etməyənlərə qərar kar edər?
Ali Məhkəmə Plenumunun 09 oktyabr 2024-cü il tarixli 9 nömrəli qərarı ilə
“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin
məhkəmə aidiyyətinə dair” Azərbaycan Pespublikası Ali Məhkəməsi
Plenumunun 10.04.2015-ci il tarixli 4 nömrəli qərarına əlavə və dəyişiklərin
qəbul edilməsinin önəmindən hüquqçuların, özəlliklə, vəkillərin şərhləri
mediada yayılıb. Düzü, peşəkar yanaşmadır, izahdır , heç bir söz ola
bilməz. Di gəl...
Problem budur ki, bizdə hakimlər heç Konstitusiyaya, qanunlara əməl ,
istinad etmirlər, heç Konstitusiya Məhkəməsi Plenumunun qərarlarını
tətbiq etmirlər, onda qala Ali Məhkəmə Plenumunun qərarı ola. Elə
haqqında danışılan 10.04.2015 tarixli 4 nömrəli qərarı bəyəm məhkəmələr
düzgün qavrayır(dı) ? Konkret fakt: İllərdir müqavilə öhdəliyini, texniki
şərti qanunsuz ödəniş tələb edib icra etməyən təbii inhisar subyektinə
qarşı istehlakçı hüququnun müdafiəsi ilə bağlı verilən iddianı Sabunçu
məhkəməsi bir il gizlədib, şəxsi kabinetdən verilən ərizəni 10 günlük
“itirəndən” sonra Məhkəmə Hüquq Şurasının təpkisi ilə icraata götürməyə
məcbur olub. Hakim Adilə Paşayeva cavabdeh işıq idarəsinin qeyri-
prosessual sifarişi ilə icraata xitam verib ki, mübahisə inzibati məhkəməyə
aiddir. “Əsas” kimi Ali Məhkəmə Plenumunun sözügedən 10.04.2015 tarixli
4 nömrəli qərarının 14-cü bəndi götürülüb. Guya istehlakçı ilə təbii
inhisarçı xidməti qurumu arasında texniki şərtin rüşvət tələb edib icra
edilməməsindən yaranan mübahisə ümumi (publik) hüquq sahəsinə
aiddir. (?) Bakı Apellyasiya Məhkəməsinin 3-ü qanuni (Günay Axundova,
Fuad Babayev, Cəmilə Musayeva) , 3-ü qanunsuz ( Fuad Abdıyev,
Fərrux Qasımov, Anar Tanrıverdiyev- bunlar heç Mülki Kollegiyanın
üzvləri də deyillər (?) 6 hakimi də aşağı instansiyanın qərardadını
qüvvədə saxlayıb və kassasiya şikayətinə də şikayəti Ali Məhkəməyə
göndərməkdən imtina etməklə qadağa qoyublar. Görəsən, 1,5 il keçəndən
sonra da olsa, Ali Məhkəmə Plenumunun 15 gün qabaqkı 10.04.2015 tarixli
4 nömrəli qərarına edilən əlavə və dəyişiklik tətbiq olunacaq? Çətin
məhkəmələr qanunu, qərarı ciblərindən üstün tutsunlar. Ali Məhkəmənin
sədri İnam Kərimovun imzaladığı 09.10.2024 tarixli 9 nömrəli qərarla
sözügedən 14-cü bənd yeni redaksiyada verilib və mübahisənin aidiyyəti
konkretləşdirilib: “ Təbii inhisar subyektlərinin təsərrüfat subyektləri
və istehlakçılarla daxil olduqları münasibətlər ( ...şəbəkələrə
qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair
müqavilə bağlanması və s.) ... məhsulun satışı və xidmətlərin
göstərilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla son nəticədə
mülki-hüquqi xarakter daşıyır. Həmin münasibətlər xüsusi hüquq
rejiminə tabe edildiyinə görə, bununla bağlı yaranmış mübahisələr
inzibati hüquq sahəsində yaranmış münasibətlər kimi
qiymətləndirilə bilməz. Bu qəbildən olan işlərə MÜLKİ MÜHAKİMƏ
İCRAATI qaydasında KOMMERSİYA və ya ÜMUMİ MƏHKƏMƏLƏRDƏ
BAXILMALIDIR”. İndi qərarı Ali Məhkəmənin, Məhkəmə Hüquq Şurasının
sədri özü versin, Ali Məhkəmə Plenumunun qərarını kənardan sifarişdən
aşağıda tutanlar hakim adına ləkədirlər, ya yox?
Ali Məhkəmə Plenumunun qərarlarını hətta Ali Məhkəmə hakimlərinin də
qıraqdan sifarişdən aşağıda tutduğu faktlar var. Halbuki bütün Ali
Məhkəmə hakimləri Plenumun üzvləridir və təbii ki, qərarların qəbul
edilməsində iştirak edirlər. Bəs onları öz qərarlarını görməzliyə vurmağa nə
vadar edir? Aydındır ki, qıraqdan sifariş. Yoxsa Şəki İnzibati İqtisadi
Məhkəməsinin 15.02.2019-cu il tarixli iddianın mümkün sayılmaması
haqqında qərardadının, saxtalığı bir yana, preyudisial akt kimi 6-cı ildir
məhkəmə hüquq sistemində “ƏSAS QANUN” qüvvəsində tətbiq
edilməsini , daha düzü olduğu kimi məhkəmə aktlarına köçürülməsini nə
ilə izah etmək olar? “İnzibati məhkəmə icraatında iddianın
mümkünlüyünə dair” Ali Məhkəmə Plenumunun 10.04.2015 tarixli
5 nömrəli Qərarının 8-ci bəndini qeyri-prosessual sifarişi Ali
Məhkəmə Plenumunun qərarından aşağıda tutan , andını, adını
rüşvətlə ləkələyən hakimlərin diqqətinə çatdırırıq: “İddianın mümkün
sayılmaması haqqında qərardad məzmun baxımından MÜBAHİSƏ
PREDMETİNƏ TOXUNMUR və yalnız İDDİANIN MAHİYYƏTİ üzrə
QƏRAR çıxarmaq üçün ŞƏRTİN MÖVCUD OLMADIĞINI müəyyən
edir. (8.2). Buna görə də, İDDİANIN MÜMKÜN SAYILMAMASI
HAQQINDA QƏRARDAD yenidən mümkünlük şərtlərinə əməl
etməklə EYNİ PREDMET ÜZRƏ İDDİA QALDIRMAQ İMKANINI
İSTİSNA ETMİR. (8.3)” Ali Məhkəmə Plenumunun bu qərarı, bu bəndi o
qədər KONKRETDİR , o qədər ANLAŞILAN və DƏQİQDİR ki, anlamaz
hakimlərə, vəkillərə anlatmaqdan yana əlavə və dəyişikliklərə də
ehtiyac yoxdur. Bəlkə Ali Məhkəmə sədri Plenumun iclasında PLENUM
QƏRARLARINI cibindən aşağıda tutanlara Konstitusiyadan, qanunlardan
dərs keçsin?! Axı hələ də VK-nın intizam komissiyasının üzvü Əlirza
Həbilovun Şəki İİM-in adından tərtib etdiyi 15.02.2019-cu il tarixli qərardad
Azərbaycanın məhkəmə hüquq sistemində qanuni qüvvəyə minmiş
QƏTNAMƏ , KONSTİTUSİYA AKTI qüvvəsindədir. Qeyri-prosessuallıq,
rüşvətdən savadsızlıq elə ağlasığmaz özbaşınalığa gətirib ki, mülki
məhkəmə icraatında da Şəki İİM-in saxta qərardadı preyudusial akt,
Konstitusiya qərarı kimi saxta qətnamələrə köçürülür. Nərimanov
məhkəməsinin hakimi Ramin Quliyev hətta iş materiallarında
olmayan qərardadı preyudisial akt kimi qıraqdan aldığı rüşvət
sifarişi ilə üzdəniraq qətnaməsinə köçürüb. Lap tutaq ki, bu qərardad
preyudisial akt qüvvəsində olan qətnamədir, bəyəm olduğu kimi
qətnaməyə köçürülməlidir, harda yazılıb bu? Bəlkə Ali Məhkəmənin sədri
plenumun iclasını çağırıb preyudisiallıq haqqında da anlatma, qandırma
qərarı versin?!
“Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi
təcrübəsi haqqında” 24.11.2005 tarixli, “ İnzibati mübahisələrə dair işlər
üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 19.11.2021
tarixli Ali Məhkəmə Plenumunun qərarlarını da məhkəmə hakimlər
görməzliyə vurur. Elə bil bu qərarlar məhkəmələr üçün nəzərdə tutulmayıb.
Nə hakimlərə ( məhkəmə tərkibinə) etiraza baxılır, nə də məhkəmə
qərarlarının icrası təmin olunur. Bakı İnzibati Məhkəməsi 9-cu ildir ƏƏSMN
tabeliyində SXA-nı 20.06.2016 tarixli, 2-1(81)-1095/16 saylı qərarın
icrasına məcbur etdirmir, əksinə, rüşvətini alıb, icraya belə yönəltməyib.
Eləcə də 05.07.2017 tarixli, 2-1(81)-1889/17 qərarın 7 ildən sonra borclu
DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının özbaşınalıqla ləğv
etməsinə qiymət verilmir. Halbuki Ali Məhkəmə Plenumunun 19.11.2021
tarixli qərarının 6-cı bəndində yazılıb ki, inzibati məhkəmə qərarlarının
icrasını MƏHZ birinci instansiya məhkəməsi qismində işə baxan
məhkəmə təmin edir; tələbkar ərizə vermədikdə belə icra
haqqında qərardad qəbul etmək və icranı təmin etmək
məhkəmənin VƏZİFƏ ( ex-officio) borcudur. Bakı İnzibati Məhkəməsi
isə qərara əməl etmək yerinə nağıl danışır ( h. Aygün Abdullayeva),
hətta tələbka












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.