ŞOK İDDİA: Tikinti şirkəti ilə razılaşmayan vətəndaşın evi yandırılıb?-VİDEO

Bu gün, 12:52           
ŞOK İDDİA: Tikinti şirkəti ilə razılaşmayan vətəndaşın evi yandırılıb?-VİDEO
Nəsimi rayonu ərazisində tikinti işləri həyata keçirən qalmaqallı “Pilot-16” şirkətindən şikayətlər davam edir. Bu dəfə şirkətin tikinti işləri apardığı Novruzov qardaşları küçəsi 37 ünvanında yaşayan vətəndaş Ağayeva Fazilə “Pilot-16″nun fəaliyyətindən ciddi narazılığını ifadə edib. Editor.az-a müraciət edən vətəndaş bildirib ki, “Pilot”-16″ ərazidə tikintiyə başladığı dövrdə qısa müddət ərzində evində 2 dəfə müəmmalı şəkildə yanğın baş verib.

O qeyd edib ki, hər dəfə “Pilot-16” şirkətinə faktiki rəhbərlik edən Aslan Quliyevlə görüşdən sonra ya evimin hansısa hissəsi şirkət tərəfindən dağıdılır, ya da evində səbəbləri bəlli olmayan müəmmalı yanğınlar baş verir: “25 yanvar tarixində evimdə yanğın baş verdiyini qonşulardan eşitdim. Həmin gün günorta evimdə olmuş və evi tam təhlükəsiz şəraitdə qoyaraq tərk etmişəm. Evimdə çıxan yanğını söndürməyə gələn FHN əməkdaşları da qeyd etdilər ki, evdə elektrik naqillərində hər hansı qısaqapanma olmayıb. Eyni zamanda evdə arxa tərəfdəki pəncərələr sındırılıb. Bu məndə ciddi şübhələr yaradır. Ola bilər ki, evi kimsə yandırıb.

Ümumiyyətlə, hər dəfə Aslan Quliyevlə görüşüb evimin satılması ilə bağlı məsələləri müzakirə edib razılığa gəlməyəndə, aramızda problem yarananda başıma bu cür müəmmalı hadisələr gəlir. Bütün bunlar məni qorxuya salıb. Evimdə qorxudan qala bilmirəm. Cənab Prezident İlham Əliyev və əlaqədar dövlət qurumlarından kömək gözləyirəm. Bu məsələyə aydınlıq gətirilməsini xahiş edirəm”.

İddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

//Editor.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.