Nizami Piriyev həbsdən azad olunmasına aydınlıq gətirib - metanol zavodu iyun ayının əvvəlindən fəaliyyətini bərpa edəcək

29-05-2015, 15:30           
Nizami Piriyev həbsdən azad olunmasına aydınlıq gətirib - metanol zavodu iyun ayının əvvəlindən fəaliyyətini bərpa edəcək
"AzMeCo" şirkətinə məxsus metanol zavodu İyun ayının əvvəlindən fəaliyyətini bərpa edəcək.

"AzMeCo" şirkətinin PR meneceri Fuad Hətəmov APA-ya bildirib ki, bu haqda şirkətin Direktorlar Şurasının Sədri Nizami Piriyev məlumat verib.

N. Piriyev bildirib ki, rəhbəri olduğu Azərbaycan Metanol Zavodunun tikintisi və fəaliyyət göstərməsi ilə bağlı Azərbaycan Beynəlxalq Bankından götürdüyü kredit vəsaitləri üzrə ödəmələrin gecikdirdiyi üçün başlanmış cinayət işi üzrə 8 may 2015-ci il tarixdə həbs edilib.

"İstintaq dövründə kredit borclarımın bir hissəsini ödəmişəm, eləcə də, kredit borclarımın digər hissəsinin ödənilməsi ilə bağlı Azərbaycan Beynəlxalq Bankı ilə razılıq əldə etmişəm. Ona görə də haqqımda seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi barədə müraciətimə müvafiq qaydada Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılaraq barəmdə seçilmiş həbs qəti imkan tədbiri 28 may 2015-ci il tarixli qərarla ləğv edildi.

Hazırda Azərbaycan Metanol Zavodunun işinə rəhbərlik etməkdə davam edirəm. Həbsdən azad olunmağımla bağlı son günlər mətbuata verilmiş informasiyalar həqiqəti əks etdirmir. Ona görə də mən bunları kimlərinsə yaranmış şəraitdən sui-istifadə edərək cəmiyyətdə özlərinə “nüfuz” toplamağa cəhd göstərməsi kimi dəyərləndirirəm”, - deyə N. Piriyev bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru