Bu layihənin həbs olunan iş adamları ilə heç bir əlaqəsi yoxdur.

29-05-2015, 15:44           
Bu layihənin həbs olunan iş adamları ilə heç bir əlaqəsi yoxdur.
“7 Hills” yaşayış kompleksində binaların tikintisi davam etdirilir”.

teref.az xəbər verir ki, bu barədə Hafta.az-a açıqlamasında şirkətin marketin şöbəsinin əməkdaşı Rəhman Əhmədov məlumat verib. O bildirib ki, hazırda binaların tikintisi və satışlar davam edir. İnşaatda da heç bir ləngimə yaranmayıb. İşçilərin isə maaşı vaxtında verilir: “Layihənin saytında tikintinin gedişatına dair fotolar yerləşdirilib. Nəzərdə tutulduğu kimi, kompleks 2017-ci ilin sonunda tam təhvil veriləcək”.

Şirkətdən qeyd olundu ki, “7 Hills” şirkəti müstəqil qurumdur və Hacı İbrahim Nehrəmliyə heç bir aidiyyəti yoxdur. Hazırda Azərbaycan Beynəlxalq Bankı ipoteka kreditlərini dayandırdığı üçün “7 Hills” kompleksi üzrə mənzillərin ipoteka yolu ilə satışı “Bank Technique” vasitəsilə aparılır.

Şirkət rəsmisinin sözlərinə görə, bu layihənin həbs olunan iş adamları ilə heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, bu şirkətin dolayısı ilə Hacı İbrahim Nehrəmli və Rəşad Məmmədovla əlaqəsi olması və bu səbəbdən layihə üzrə nəzərdə tutulan binaların tikintisinin dayandığı haqda xəbər yayılmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.