«Fəqan Xidmət» MMC ilə bağlı bir qrup şəxs MCQMİ-yə müraciət etdi

29-05-2015, 15:46           
«Fəqan Xidmət» MMC ilə bağlı bir qrup şəxs MCQMİ-yə müraciət etdi
Bu gün bir qrup Goranboy sakini Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət ünvanlayaraq, «Fəqan Xidmət» MMC ilə bağlı şikayət edib. JAM.AZ-a daxil olan şikayət məktubunda vurğulanır ki, bu gün bütün Azərbaycan vətəndaşları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Azərbaycan Respublikasının büdcəsinin vəsaitlərini talayan, mənimsəyən insanlara qarşı aparılan tədbirləri çox təqdir edir və əmindirlər ki, dövlətə ziyan vurmuş və onun əmlakını talamaqla, dövlətimizə, xalqımıza ziyan vuran bütün günahkar insanlar öz cəzasını tapacaq.

Lakin şikayətçilər təkcə ayrı-ayrı iş adamlarının deyil, həmçinin dövlətə ciddi zərər vurmuş «Fəqan Xidmət» MMC-nin də fəaliyyətinin yoxlanılmasının vacibliyini vurğulayırlar. «Məlumat üçün bildirək ki, 2012-ci ilin mart ayında Goraboy rayonunda abadılq işləri aparılması üçün dövlət büdcəsindən 2.000.000 manat pul ayrılıb, tender keçirilib və həmin tenderin qalibi kimi «Fəqan» firması olub. 28.03.2012-ci il tarixli “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi” ilə Goranboy rayonunda abadlıq və quruculuq işləri üçün “Fəqan xidmət təşkilatı” MMC 272 547 (iki yüz yetmiş iki min beş yüz qırx yeddi) manat məbləğində tenderi qəbul edib. Bundan sonra 21.05.2012-ci il tarixli “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi” ilə Goranboy rayonunda abadlıq və quruculuq işləri üçün “Fəqan xidmət təşkilatı” MMC 1 352 704,79 manat (bir milyon üç yüz əlli iki min yeddi yüz dörd manat yetmiş doqquz qəpik) məbləğində tenderi qəbul edib».

Məktubda qeyd olunur ki, daha sonra 25.12.2012-ci il tarixli “Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi” ilə Goranboy rayonunda abadlıq və quruculuq işləri üçün “Fəqan xidmət təşkilatı” MMC 105 000 (yüz beş min) manat məbləğində tenderi qəbul edib. «Göründüyü kimi Goranboy rayonunda abalıq və quruculuq işlərinin aparılması üçün dövlət büdcəsində “Fəqan xidmət təşkilatı” MMC-nə qısa müddət ərzində 2.000.000 manata yaxın vəsait ayrılıb. Əvvala “Fəqan xidmət təşkilatı” MMC -nin quruluşu barədə məlumat vermək istərdik. Belə ki, ilk anlamda belə hesab etmək olar ki, bu tenderi udmuş şirkət, böyük bir təşkilatdır. Halbuki, həmin «şirkət»nin cəmi iki işçisi, yəni müdüri və mühasibi var. Bu işlər aparılan müddətdə “Fəqan xidmət təşkilatı” MMC bir nəfər olsun belə istər fəhlə, istər usta ilə əmək müqaviləsi bağlamayıb. Yəni işlərin aparıldığı dövürdə həmin təşkilatın işçi qüvvəsi olmayıb. Bundan başqa MMC-nin balansında hər hansı tikinti və abadlıq işlərinin görülməsi üçün avadanlıqlar və nəqliyyat vasitələri olmayıb. Bir sözlə “Fəqan xidmət təşkilatı” MMC bu işlərin aparılması üçün nə işçi qüvvəsi olub, nə də avadanlıqlar və nəqliyyat vasitələri olmayıb».

O da qeyd olunur ki, “Fəqan xidmət təşkilatı” MMC heç kəslə subpodrat müqaviləsi də bağlamayıb. «“Fəqan Xidmət Təşkilatı” MMC-nin rəhbəri Məmmədov Fəyyaz Məmməd oğludur. O, əvvəllər bir necə dəfə CM-nin 179,178-ci maddələri ilə məhkum olunub və uzun müddətli azadlıqdan məhrum etmə növündə cəza çəkib. Belə adamın özünün bu böyük lahiyəyə rəhbərlik etməsi ən azından başa düşülməzdir. Bu adamın Goranboyda olması da inandırıcı deyil. Çünki Gəncə Məhkəməsinin apardığı araşdırma zamanı məlum olub ki, özünü iş adamı kimi təqdim edən F.Məmmədov 2012-ci ilin noyabrından 2013-cü ilin martına qədər cəmi 12 dəfə, o da hər dəfə cəmi 20-30 dəqiqə Goranboy rayonunda olub. Nəzərə alsaq ki, Fəyyaz Məmmədovun rəhbərlik etdiyi «Fəqan Xidmət Təşkilatı» MMC, Goranboy rayonunda abadlıq işləri aparmaq üçün 2.000.000 manatlıq tenderi udub, o zaman belə qənaətə gəlmək lazım idi ki, Fəyyaz Məmmədov gecə-gündüz Goranboy rayonunda olmalıydı və işlərə rəhbərlik etməliydi. Onun isə cəmi 5 ay ərzində özü də cəmi hər dəfə 20-30 dəqiqə Goranboy rayonunda olması onun əyani sübutudur ki, Fəyyaz Məmmədovun bu görülən işlərlə bağlı heç bir əlaqəsi olmayıb, yəni o qondarma bir şəxs olub».

Şikayətçilər vurğulayır ki, digər bir maraqlı məqam isə «Fəqan Xidmət Təşkilatı» MMC-nin tenderlə bağlı aparılan işlərin sənədləşdirilməsi ilə bağlıdır. «Məlum olub ki, Məmmədov Fəyyaz Məmməd oğlu adı çəkilən sənədləri arxivə vermək adı ilə məhv edib, bununla da sübutları gizlədib. Elə bu səbəbdən də MMC-də yoxlamaların aparılması zəruridir və bunun üçün aşağıdakı suallara da aydınlıq gətirilməlidir. Birincisi, “Fəqan xidmət təşkilatı” MMC 2012-2013-cüillər ərzində olan dövürdə fəaliyyət göstərmişdimi?. İkincisi, əgər fəaliyyət göstərmişdirsə hansı fəaliyyət növü ilə məşğul olub. Üçüncü sual isə həmin dövürdə onların işçi qüvvəsinin tərkibi neçə olması ilə bağlıdır. Bundan başqa, MMC-nin balansında hər hansı tikinti və abadlıq işlərinin görülməsi üçün avadanlıqlar və nəqliyyat vasitələri mövcuddurmu sualı da olduqca ciddi məsələ sayılmalıdır.
- İşçi qüvvəsinin tərkibi, balansında olan avadanlıqlar və nəqliyyat vasitələri görməli olduğu xidmətləri həyata keçirməyə uyğundurmu?
- Qeyd edilən dövürdə MMC-nin ümumi gəliri nə qədər olmuşdur və nə qədər vergi ödəmişdir?
- Ayrı-ayrı təşkilatlarla debitor və kreditor borcları hansı vəziyyətdə olmuşdur?
Əgər göstərilən bütün bu məsələlər araşdırılsa, onda ümudvarıq ki, “Fəqan xidmət təşkilatı” MMC-nin dövlət büdcəsinin vəsaitlərinin mənimsəməsi faktı öz təstiqin tapacaq».

Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.