"Dostluq" parkında oliqarxların bu villalarının sökülməsinin vaxtı çatdı

31-05-2015, 15:58           

Səbail rayonu "Dostluq Parkı" adlanan ərazidə prezidentin göstərişi ilə sökülən dəbdəbəli villaların yerində yaşıllıqlar salınacaq

Artıq həmin ərazidə işlərə də başlanılıb.

70 yaşlı İmran İbadov 1962-ci ildən Səbail rayonu `Dostluq Parkı` adlanan ərazinin yaxınlığında yaşayır. Deyir ki, bu park başdan-ayağa yaşıllıq olub. Hazırda isə parkda yaşıllıqdan əsər-əlamət yoxdur. Ancaq park tezliklə əvvəlki vəziyyətinə qayıdacaq.

Prezidentin göstərişindən sonra "Dostluq Parkı" adlanan bu ərazidə qanunsuz tikilən bir neçə villa sökülüb. Artıq söküntü işləri də başa çatıb. Bu sökülən villaların yerində isə parkın əvvəlki vəziyyətini qaytarmaq məqsədilə yeni ağaclar əkiləcək yaşıllıqlar salınacaq. Bu məqsədlə də ərazidə birneçə texnika çalışır. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sökülən dəbdəbəli villaların yerində sabah ağacəkmə aksiyası keçiriləcək.
teref.az olaraq onuda sizlərə çatdırmaq istəyirik ki, əslində Hacıbala Abutalıbov deyən kimi bu villalar heç də məchul adamlarıa məxsus deyil və hektarlarla torpaqlarda yerləşən bu villaların hamısınıən sahibi şəxsən Hacıbala müəllimə tanışdır. Söhbət etdiyimiz bir villa sahibinın dediyinə görə, burda ev tikmək üçün düzdür sərəncamı Səbayel icra hakimiyyəti verir,lakin Hacıbala müəllimin idarəsinin "bığ"-ının altından keçməsən burda heç quş damıda tikə bilməzsən. Onun dediyinə görə tikinti zamanı polisindən tutmuş hər bir idarənin haqqı çatır.Nə isə qalanını özünüz bilirsiniz.





















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.