Tofiq Zeynalov, birinci müavini və qudası Tovuz rayonunu necə talayırlar

1-06-2015, 18:37           
Tofiq Zeynalov, birinci müavini və qudası Tovuz rayonunu necə talayırlar
Tovuz rayon İcra Hakimiyyətinin başçıs Tofiq Zeynalovla birinci müavini və həmçinin qudası Mahir Həsənovun şərikli şirkəti olan “Qovlar Təmir Tikinti” MMC son iki ildə 20 milyon manatlıq tenderin qalibi necə olub?

Azərbaycanda rayon icra başçılarının kiçik məmurlarla əlbir olaraq dövlət büdcəsini talaması və hər il milyonlarla manat vəsaitin şəxsi ciblərə axması hər kəsə məlumdur. AzFakt.com bu “xəstəlikdən” əziyyət çəkən rayonlardan biri olan Tovuz rayonu ilə bağlı ötən həftə oxucularımıza məlumat vermişdi. Həmin məlumatda qeyd olunurdu ki, Tovuz rayon icra başçısı Tofiq Zeynalov rayonda əsl monopoliya sistemi yaradıb. İcra başçısının bu “xəstələyinə” isə müavini və qudası olan olan Mahir Həsənov rəhbərlik edir. Onuda qeyd etmişdik ki, Tovuzda həyata keçirilən bir çox iri lahiyyələr məhz “qudaların” şirkəti olan “Qovlar Təmir Tikinti” MMC-yə verilir.

AzFakt.com-un apardığı araşdırmada məlum oldu ki, son iki ildə Tovuzda həyata keçirilən abadlıq, tikinti işləri ilə məşğul olan “Qovlar Təmir Tikinti” MMC 20 milyon manatlıq tenderin qalibi olub. Həmin vəsaitin 15 milyonu (15 038 155 manat), 2013-cü ildə, 4,9 milyonu isə (4 948 312 manat) 2014-cü ildə şirkətə ayrılıb. Əgər sənədlərə inanarsaq, adı çəkilən şirkət təkcə 2013-cü ildə Tovuz rayonunda 1,9 milyon (1 997 910 manat), manatlıq abadlıq, mənzil fondunun təmiri üçün 160 min manat (160 593), rayon yollarının əsaslı təmiri 800 min manat (829150), daha bir abadlıq işləri üçün 550 min (552 502), Tovuz-Qovlar-Ağbaşlar yolunun təmiri üçün isə 11 milyon (11 498 000) manatlıq iş görüb. Heç kimin tanımadığı, nə qədər aergi ödədiyi, ən əsası rəhbərliyi gizli saxlanılan “Qovlar Təmir Tikinti” MMC 2014-cü ildə ayrılan 4 milyon manat vəsaitin 399 mini (399 018) Düz Qırıqlı kənd orta məktəbinin əsalı təmiri, 2 milyon 900 mini (2 998 480) Tovuz-Hunanlar-Qaraxanlı-Düz Cirdaxan kənd avtomobil yolunun təmiri üçün ayrılan vəsaitləri də xərcləyib. Necə xərclədiklərini isə təbii ki, özləri bilirlər. Tovuz əhli isə bunu nə görüb, nə də bilir.

Maraqlı məqamlardan biri isə 2013-cü ildə rayonun abadlaşdırılması üçün “Qovlar Təmir Tikinti “MMC-yə ayrılan 2,8 milyon (2827060) manatdan əlavə həmin il rayonun daxili büdcəsindən eyni yerlərin təmiri üçün əlavə 264 min manat vəsaitdə köçürülüb. Eyni zamanda 2014-cü ildə rayonun yenidən abadlaşdırılması üçün Mahir Həsənovun şirkətinə rayon daxili büdcəsindən üst-üstə 650 min manatdan çox vəsait ayrılıb.

Mənbənin bildirdiyinə görə “Qovlar Təmir Tikinti” MMC-nin Tovuz-Qovlar-Ağbaşlar kənd yollarının təmiri zamanı ciddi şəkildə maxinasiya həyata keçirilib. Belə ki, dövlət büdcəsindən ayrılan 11 milyon, əlavə rayon daxili büdcəsindən işin yekunlaşdırılması üçün ayrılan 1 milyon manatdan çox vəsaitin təqribən yarısı Tofiq Zeynalov və Mahir Həsənov “cütlüyünün” sayəsində mənimsənilib. Şirkətin çəkdiyi asvlat yol layihədə göstərildiyi kimi yox, daha çox məmur maraqlarına uyğun tikilib. Yəni layihədə yolun tikintisi üçün alt qatın salınması üçün istifadə olunan torpaq, çınqıl, daşıyan maşınların «reys» sayı bir neçə dəfə şişirdilib. Eyni zamanda yolun tikintisi üçün istifadə olunan mal-matrealların daşınma xərcləridə iki dəfə artırılaraq “fantastik” bir rəqəm ortaya çıxardıblar.

Məlumatlı mənbə iddia edir ki, Tofiq Zeynalov və Mahir Həsənov ortaqlığı təkcə bu layihə ilə bitmir. Tovuz rayonunda bütün iri lahiyyələr, kənd, qəsəbə məktəblərinin təmiri, tikintisi işləri belə, “Qovlar Təmir Tikinti” MMC-yə verilir. Rayon daxili büdcəsindən bu şirkətə son 2-3 ildə 10 milyon manata yaxın vəsait ayrılıb ki, bu pulların necə və hara xərclənməsini “qudalar” daha yaxşı bilir.

Qeyd edək ki, Tovuz rayon daxili büdcəsindən “Qovlar Təmir Tikinti” MMC-yə ayrılan vəsaitlər, həmin vəsaitlərin necə xərclənməsi ilə bağlı AzFakt.com araşdırma aparır. Yaxın günlərdə oxucularımıza daha maraqlı məlumatlar verəcəyik. Bizi izləməkdə davam edin.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.