Sabir adına Pedaqoji Kollecdə rüşvət olaylarıə - Şikayət
1-06-2015, 18:39
“Sabir adına Pedaqoji Kollecdə qanunsuzluq baş alıb gedir. İmtahanlarda bizdən pul tələb edirlər. Kim verməkdən imtina edirsə, hətta imtahanlara cavab versə belə, müəllimlər ona qiymət yazmır, kəsirlər”.
Bunu Bizimxeber.az-ın elektron ünvanına kollecdə təhsil alan bir qrup tələbə yazıb. Tələbələr iddia edirlər ki, kollec rəhbərliyi semestr imtahanlarına görə pul yığmağa başlayıb: “Kollec direktoru Nurlana Əliyevanın tapşırığı ilə şöbə müdirləri və qrup rəhbərləri bir müddət öncə tələbələrə xəbərdarlıq etdilər. İmtahanlardan keçmək üçün lazım olan pulun həcmini də dedilər. Kim tələb olunan pulu vermək isətəməsə, müxtəlif yollarla təzyiqlərə məruz qalır”.
Məlumatda bildirilir ki, Nurlana Əliyeva dərsə davamiyyətin aşağı salınmasında marağı var. Faktiki təhsil bərbad vəziyyətdədir. images (1)Belə ki, dərslərə gələn tələbələr imtahan sessiyasını “uğurla” başa vurmaq üçün 500 manat ödəməlidirlərsə, dərslərdə iştirak etməyən tələbələr üçün bu məbləğ artıq 600 manat civarında müəyyən edilib. Dövlət imtahanı verən tələbələr isə daha ciddi problemlə üzləşiblər, onlara qarşı daha sərt mövqe tutulur və yüksək məbləğdə pul tələb olunur. Artıq bir neçə imtahanı yola verən tələbələr xeyli miqdarda pul verdiklərini də deyiblər.
Onların sözlərinə görə, bu il kolleci bitirən tələbələrdən dövlət imtahanı üçün də pul tələb olunur. Tələbələr bildirirlər ki, kollec müdiri onlara diplomu rəsmən satır.
Qeyd edək ki, Mikayıl Cabbarov təhsil naziri postuna təyinatdan sonra imtahanlarda pul yığımı ilə bağlı sərt tədbirlər həyata keçirməyə başlasa da, deyəsən, Sabir adına Pedaqoji Kollecin rəhbərliyi nazirin təpkisinə məhəl qoymayaraq öz bildiklərini edir. Əksinə, ruşvətalmanın yeni metodlarını tapmaq istiqamətində səyləri də gücləndirir.
Onu da qeyd edək ki, ötən ilin may ayın 24-də Bakıda Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının ümumrespublika konfransı keçirilib. N.Əliyeva yenidən YAP Qadınlar Şurasının sədri seçilib.
“Növbəti yazılarımızda Sabir adına Kollecdə diplomlar neçəyə satılır?” başlıqlı araşdırmamızı təqdim edəcəyik. Bizi izləyin!