Şəki sakini prezidentə müraciət etdi - "Təhsil fırıldaqçıları pulumu yeyib, şikayətimə baxan yoxdur!!"

3-10-2016, 15:58           

teref.azn-un poçtuna Şəki şəhər sakininin təhsil fırıldaqçıları ilə bağlı Azərbaycan prezidentinə şikayəti daxil olub.
Şikayətçi şikayətinin bir nüsxəsini teref.az-ya göndərib.Şikayətçi yazır:
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarına
Azərbaycan Respublikası Baş Prokuroru Zakir Qaralaova
Azərbaycan Respublikası Daxili İşlər Nziri Ramil Usubova

Ə R İ Z Ə
Möhtərəm Prezident, mən Şəki şəhəri ,S.Eldarov (Sarıtorpaq) küçəsi ,ev 5-də yaşayan Sadıqlı Yaqut Niyazı qızı övladım ,05.05.1993-cü il təvəllüdlü ,Sadıqlı Aysel İsmayıl qızı, 2009-2010 tədris ilində oxuduğu R.Əfəndiyev adına Şəki 10 saylı tam orta məktəbin XI D sinfini müvəffəqiyyətlə başa vurduqdan sonra 02 iyul 2010 –cu il tarixdə həmin məktəbdə özü ilə eyni sinifi bitirmiş rəfiqəsi Musayeva Şəhla Şahin qızı ilə birgə Ali məktəbə qəbul imtahanlarında iştirak etmək məqsədilə Bakı şəhərinə yola düşmüşük.Həmin vaxt Şəhlanın anası Musayeva Ədalət Ələkbər qızı da bizimlə birlikdə yola düşdü.Bakıda 04 iyul 2010 –cu il də imtahan verdilər.Kifayət qədər bal toplamadıqlarını gördükdə Ədalət mənə dediki mənim TQDK –da tanışım var həmin tanışıma 5000 manat pul versək imtahan ballarını lazımı qədər artıra bilər.Birdaha hazırlaşmağa pul verənə qədər mən xahiş edərəm hissə hissəyə də razılaşar.Dedim fikirləşərəm.Gəlib banklara baş çəkdim.Bank of baku dan oz adima 2000 , baldızımın adına da 1000 manat pul götürdüm. Sənədləri də var.Sonra pulu Ədalət dedi ki mənə ver özümünkü ilə yola salacam.İyulun 16 -sında pulu (3000 manatı) Musayeva Ədalətə verdik.Bundan bir qədər sonra Bakıda yaşayan Kərimova Filyar adlı bir xanim mənə zəng edib qəbul imtahanı üzrə olan 174915 işinə verilmiş olan 460604029632 saylı kodu diktə etdi və dedi ki, sentyabrın 15-də Azərbaycan Müəllimlər İnstitunun Şəkidəki filialının Filologiya fakültəsinə qəbul edilib və A qrupunda təhsil alacaq.15 sentyabrda qızım dərsə getməyə başladı 1 ay davamlı şəkildə dərsə getdi dərslərə cavab verdi lakin müəllimlər dedilərki qiymətləndirmə üçün adın jurnalda yoxdur.Qeyd edək ki,Ədalət Musayeva həmin İnstutda İngilis dilindən dərs deyir. Qızım gəlib evdə mənə deyəndən sonra Filyara zəng elədim onu polisə verəcəyimi dedim pulumu qaytarmasını tələb etdim.Sonra Filyar dediki Şəkiyə alınmır.Gəncə şəhərində Məmmədov Ağalar Nazim oğlu var o,Gəncə filialına danışmışam düzəldəcək sonra Şəkiyə çevirər.Filyar zəng vurdu mən qardaşımla Gəncəyə getdim.Bizi VAZ-2107 markalı 20 seriyalı 200 nömrə nişanlı avtomobillə Ağalar və dostu Bəhram müəllim qarşıladılar.Bizi Gəncədəki Çinarlı restoranına apardılar.Orda oturub çay içən zaman bir nəfər orta boylu bir kişi gəldi.Hər ikisi qalxib onun qabağına getdilər ğörüşüb öpüşdülər söhbət etdilər və geri qayıdıb dedilər ki bu yoldaş İnstitutun rektoru Ramiz Məmmədovdur.İşi danışdıq razılaşdırdıq siz pulu verin.Filyar pulu Bakıdan Küngütdəki qohumu vasitəsilə bizə verdi.Həmin adam kəndin müəllimi Filyarın qudası Çingiz müəllimdir.Biz pulu alıb gəlib Filyarın,Ağaların dediyi kimi 31 may 2011-ci il tarixdə Kapital bankın Şəki filialından 2080 manat pulu Məmmədov Ağalar Nazim oğluna, 900 manatı isə Filyara göndərdik.Bundan sonra bir də 13 iyul da Filyara 200 manat bank vasitəsilə göndərdik.450 manatı isə təhsil haqqı adi ilə Ağalar əl –bəəl alıb.Sentyabrın axırında o Sadıqlı Aysel adına tələbə bileti göndərdi.Bundan sonra dərslərdə iştirakı üçün dəfələrlə əlaqə saxladıq lakin dedilər ki lazım olanda çağırasıyıq. May ayında gördüm ki bizi çağıran yoxdur getdim Ramiz müəllimin qəbuluna.Gördüm ki,bu oyunun başında duran elə Ramiz və onun müavini Sədaqət müəllimdir.1001 fırıldaq söhbətlər danışdılar.Tələbə biletindəki İnstitun möhürün göstərəndə susdular.Mənə Ağalar sənədləri (Atestatı) göndərdi və dedi ki,pulun da hamısı Filyardadır. Ağaların oğlu (Anar Məmmədov) da atasının fırıldaqçı olduğu barədə sms yazdı.Və dediki siz tək deyilsiz sizin kimi çoxunu aldadaraq qızı Pərvanəyə Gəncə şəhərində mənzil alıb.Bir neçə adamın əlaqə nömrəsində verdi.Oğlu Bəxtiyar və xanımı da onun yəni Ağaların Filyarla iş birliyi qurduğunu dedilər.O gündən mən hər yerə müraciət edirəm cavab olmur.Baş prokurora yazmışam cavab gəlib araşdırılacaq,Gəncə şəhər prokurorluğuna gedib şikayət etmişəm araşdırılacaq deyir nəticə yoxdur, DİN yazmışam deyiblər Şəki də baxılacaq, Şəki də Ehtibar və Tariyel adlı müstəntiqlərə müxtəlif vaxtlarda ayri ayriliqda izahat vermişəm hər ikisindən 1 ay sonra cavab gəlib ki,araşdırılması üçün Korrupsiyaya qarşı mübarizə idarəsinə verilib ancaq artıq illər ötür bir cavab yoxdur. Möhtərəm Prezident mənə kömək etməyinizi xahiş edirəm.
Lazım olsa banka ödənilmiş qəbzlərin surətini -3 ədəd
Tələbə biletinin surətini göndərə bilərəm.
Sadıqlı Yaqut Niyazı qızı.
Adları çəkilən hər bir şəxsin fikirlərini dinləməyə hazırıq!























Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.