Mərkəzi Neftçilər Xəstəxanasında orqan alveri-ŞOK İDDİA!

1-06-2015, 23:00           
Son günlər Mərkəzi Neftçilər Xəstəxanasında özbaşınalığın, hərc-mərcliyin hökm sürməsi ilə bağlı mətbuatda müxtəlif məlumatlar dolaşmaqdadır

Mərkəzi Neftçilər Xəstəxanasında orqan alveri-ŞOK İDDİA!
Səhiyyə Nazirliyinin dövlət tibb ocaqlarında pulsuz xidmət barədə sərəncamına rəğmən, Neftçilər Xəstəxanası bu gün rüşvət koloniyasına çevrilib. Ölkə prezidenti İlham Əliyevin dəfələrlə səhiyyə sisteminin mövcud problemlərinin aradan götürlməsi istiqamətində etdiyi çıxışlar nədənsə ölkənin ən böyük dövlət xəstəxanalarından biri hesab edilən MNX rəhbərliyi tərəfindən qulağardına vurulur.
Bu özbaşınalıqlarla bağlı artıq xəstəxanandan gizli bilgilər mətbuata sızmağa başlayıb. Səhiyyə Nazirliyində olan yüksək ranqlı məmurların MNX-da rüşvətxorluq hallarına göz yumması, vətəndaşların sözügedən xəstəxana ilə bağlı şikayətlərinə baxmamaları və xəstəxana rəhbərliyini himayə etmələri ilə bağlı məlumatlar mətbuatda daha çox gözə dəyir. Ancaq yerli səhiyyə sistemində rüşvət, həkimlərin qeyri-peşəkarlığı, xəstələrə qarşı olan kobud və qeyri-insani münasibət artıq ənənə halını aldığı üçün bu məlumatlar elə də təəccüb doğurmur.
Bu məlumatlar arasında ən önəmlisi isə xəstəxanada gizli bir şəbəkənin orqan alveri ilə məşğul olması ilə bağlı iddiadır. Xəstəxanadakı mənbədən portalımıza verilən məlumata görə, bu iddianın mətbuatda tirajlanmasından sonra xəstəxana rəhbərliyi əl-ayağa düşərək məsələnin tez bir zamanda həllinə çalışıblar. Nazirlikdən artıq məsələnin həll edilməsi üçün MNX rəhbərliyi qarşısında tapşırıq da qoyulub.
MNX rəsmiləri sözügedən ağır ittihamın üzərini basımaq və “informasiya müharibəsi”ndə uduzmamaq üçün müxtəlif KİV-lərdə özlərinə aid “uğurlu əməliyyatlar” başlığı ilə məqalələr dərc etdirməyə səy göstərirlər. Əldə etdiyimiz bir digər informasiyaya görə bu məlumatların dərci MNX rəhbərliyinin vəziyyətinin yaxşı olmadığına işarədir. Əks halda illərdir ictimaiyyətə qapalı olan və öz fəaliyyətini yalnız hesabat konfranslarında şişirdən rəhbərliyin birdən-birə ictimaiyyətə belə açıq olması şüphə doğurmaya bilməz.
azerinews.tv












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.