Kollec direktorundan nazirliyə rüşvət ittihamı - MÜDHİŞ İDDİALAR

1-06-2015, 23:09           
Kollec direktorundan nazirliyə rüşvət ittihamı - MÜDHİŞ İDDİALAR
Ağdam Dövlət Sosial-İqtisad Kollecində ciddi nöqsanlar mövcuddur.

Bu barədə TİA.AZ-a kollecdə təhsil alan tələbələrdən biri məlumat verib. Bildirilir ki, kollecin direktoru Natiq Cavadov təhsil müəssisəsini tamamilə acınacaqlı vəziyyətə salıb.
Kollecdə keyfiyyətli təhsil sistemindən əlamət belə yoxdur. Direktor bütün tələbələrdən nəsə umur. Kollecdə pis oxuyanla yaxşı oxuyana fərq qoyulmur. Hər iki kateqoriyanın nümayəndələrindən istər imtahanlarda, istərsə də digər məsələlərin həllində pul yığılır. Fərq yalnız ondan ibarətdir ki, oxumağa cəhd göstərən tələbələr oxumayan tələbələrə nisbətən daha az xərcə düşürlər.
Ümumilikdə isə, imtahan sessiyaları tələbələr üçün ağır keçir. Direktorun əsas qazanc mənbəyindən biri də qayıblar və qiyabi təhsil alan tələbələrin hesabınadır. Qiyabi təhsil alan tələbələr onlar üçün müəyyən edilmiş tədris dövründə bir gün də olsa dərsə gəlmirlər.
Direktorun başqa tarifləri də var. Məsələn, dərsə 5 dəqiqə gecikən hər tələbə ya geri qaytarılır, ya da müəyyən miqdarda "cərimələnir". Halbuki, təhsil müəssisələrində dərsə gecikməyə görə cərimə tətbiq olunmur.
Bu, Natiq Cavadovun Ağdam Dövlət-Sosial İqtisad Kollecinə gətirdiyi "yenilik"dir. O, həyata keçirdiyi bir çox qanunsuz işi Təhsil Nazirliyi ilə bağlayır. Direktor deyir ki, imtahan sessiyalarından, həmçinin digər işlərdən əldə olunan gəlir təkcə ona qalmır və yığılan vəsaitin böyük hissəsi nazirliyə göndərilir.
Məlumata görə, kollecdəki korrupsiya halları, özbaşınalıqlar, maxinasiyalar, mənimsəmə faktları, dərsdən yayınmalar, müxtəlif insidentlər, o cümlədən müəllim-direktor qarşıdurmaları təhsilin bərbad vəziyyətə düşməsinə zəmin yaradıb. Mövzu ilə bağlı qarşı tərəfin də münasibətini dərc edə bilərik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.