İMİŞLİ OLİMPİA KOMPLEKSİNDƏ BİABIRÇILIQ

7-10-2016, 00:10           
İMİŞLİ OLİMPİA KOMPLEKSİNDƏ BİABIRÇILIQ
Kompleksin üzgüçülük hovuzuna qadınlar üçün müəyyən edilmiş saatda övladı ilə gələn xanımın şəkili çimərlik paltarında çəkilərək sosial şəbəkədə paylaşılıb. Bir-birinin ardınca tikilən Olimpia İdman Kompleksləri ötən illərdə daxili publika üçün təbliğat məqsədilə istifadə edilirdisə, inşa tarixi bir o qədər də uzağa getməyən bu obyektlər hal-hazırda demək olar ki, tarix olma ərəfəsindədirlər. Bəzi hallarda təyinatı üzrə istifadə edilməyən Komplekslər təsərrüfat hesablı olduqları üçün əldə etdikləri gəlirlər hətta binaların saxlanılmasına belə bəs etmir. Əgər bu təşkilata tamahkar rəhbər təyin edilibsə, onda hadisələr daha dramatik istiqamətdə cərəyan edir. İmişli Olimpia İdman Kompleksi də bu qəbildəndir. Kompleksin mehmanxanasının otaqlarına və zallara tavandan payız-qış aylarında suyun maneəsiz daxil olması kifayət qədər böyük hesab edilən dövlət vəsaitinə tikilmiş binanı daha yararsız vəziyyətə salır. Lakin İmişli Olimpia İdman Kompleksində bu gün baş verən biabırçı olay isə bütün yuxarıda qeyd olunanları sadəcə kölgədə qoyur. Rayondakı mənbədən daxil olan məlumata görə Kompleksin üzgüçülük hovuzuna qadınlar üçün müəyyən edilmiş saatda övladı ilə gələn bir xanımın şəkili (xanımın adı bizə məlum olsa da, mental dəyərlər baxımından açıqlamağa lüzum görmürük)xəbərdarlıq edilmədən, gizli olaraq çimərlik paltarında çəkilərək sosial şəbəkədə paylaşılıb. Məsələdən xəbər tutan xanımın ailəsi isə Kompleksə hücum edib. Şəkili gizli formada çəkilərək sosial şəbəkədə paylaşımış xanımın qohumları ilə kompleks əməkdaşlarının və rəhbərliyinin mübahisəsi ağsaqqallar tərəfindən sakitləşsə də, mənbənin verdiyi məlumata görə əks tərəf İmişli Olimpia İdman Kompleksinin direktoru Telman Hüseynovdan günahkarın qısa zamanda tapılıb onlara təhvil verilməsini tələb edirlər. Məlumatı verən mənbə əlavə olaraq bildirdi ki, istər rayon rəhbərliyi, istərsə də Kompleksə gələnlər Telman İsmayılovun idarəçilk prinsiplərindən kifayət qədər narazıdırlar. Bir müddət əvvəl şahmat oynamaq mqsədilə ayrılmış otaqlara daxil olan şahmat həvəskarları əyləşmək üçün bir stol və stul belə tapmayıblar. Belə ki, Telman Hüseynovun oğlu dövlət büdcəsindən ayrılan vəsaitlə alınmış həmin inventarları Kompleksin ərazisində işlətdiyi çayxanaya aparıb.(xəbərdar)Məsələdən Gənclər və İdman nazirliyinin rəhbərliyinin də məlumatı olsa da, təəssüf ki, hələ də münasibət bildirilməyib. Mənbənin verdiyi məlumata görə Telman Hüseynovla bağlı hər hansı xoşagəlməz informasiyanı Kompleks direktorunun nazirlikdə çalışan dostu əngəlləyir. Hesab edirik ki, əxlaqi dəyərlərə zidd olan son olayın əngəllənməsi isə nə Komleks rəhbərliyi, nə də onun nazirlikdəki himayədarı üçün o qədər də asan olmayacaq. Mövzuya qayıdacağıq. Adı çəkilən şəxslərində mövqeyini dərc etməyə hazırıq. gundelikbaku/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.