“Meqafun”un sahibi maliyyə fırıldaqlarında ittiham olunur

2-06-2015, 11:28           
“Meqafun”un sahibi maliyyə fırıldaqlarında ittiham olunur
Azərbaycanda soyğunçuluğun yeni formaları çiçəklənir. Soyğunçuluğun qurbanları xırda və orta şirkətlər olur.
Soyğunçular isə iri məmurlara arxalanan böyuk şirkətlərdir.
Bu yaxınlarda “Tərəqqi-1 “ Təhsil Mətkəzinin rəhbəri Əli Abdusalamov Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) müraciət edib: “ Mən 16 may 2014-cü ildə “Meqafun” biznes mərkəzindəki 875 kv.m yeri icarəyə götürmək üçün “Yeni həyat” şitkətinin prezidenti ilə müqavilə imzaladım. Mən bu təklifi APS şirkətindən almışdım”.
Əli Abdusalamovun sözlərinə görə, APS şirkəti icarə müqavilələrinin bağlanması üçün vasitəçilik xidməti göstərir: “ Şərtlərə uyğun olaraq biz ayrılmış sahədə Təhsil Mərkəzi yaratmalı idik. Öz hesabımıza biz həmçinin bizə ayrılan sahədə zəruri konstruksiya işləri görməli idik. Mənim təkidimdən sonra müqaviləyə bununla bağlı xüsusi bənd daxil edilmişdi. Ki, həmin konstruksiyalar mənim əmlakımdır. Və həmin xərclər üçün kompensasiya tələb edə bilərəm”.
Abdusalamovun sözlərinə görə, “Meqafun”un sahibinin günahından Təhsil Mərkəzi tam gücü ilə işləyə bilmədi: “ Mən müqaviləni dayandırmağa məcbur oldum. Və müqaviləyə uyğun olaraq “Meqafun”un rəhbərliyindən kompensasiya tələb elədim. Biznes-Mərkəzin rəhbərliyi nəinki kompensasiya verdi, hətta mənim əmlakım olan konstruksiyaları mənə qaytarmadı. Düzdür, 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciətdən sonra mənim əmlakım qaytarıldı. Amma indiyədək kompensasiyanı vermir”.
Abdusalamovun sözlərinə görə, o məsələni məhkəmə olmadan yoluna qoymaq istəyib: “ Ancaq Biznes Mərkəzin rəhbərliyi öz öhdəliyini yerinə yetirmək istəmir. Mənə deyirlər ki, məhkəməyə müraciət et, məsələ illərlə uzanacaq və sən heç nə əldə etməyəcəksən”.
Şikayətçi müqavilənin bağlanmasında vasitəçilik etmiş APS şirkətinin fəaliyyətinə də toxundu: “ Biz hər kv.m yer üçün “Meqafun”a 10 manat icarə haqqı verməli idik. Müqaviləyə görə, mən 14 faiz, yəni 1 manat 40 qəpik dövlətə vergi verməli idim. Ancaq APS tərtib etdiyi müqavilədə hər kv.m üçün 11 manat 63 qəpik göstərilib”.
Abdusalamov dediklərinə sübut kimi Babək Babayevlə bağladığı müqaviləni bizə təqdim elədi. Həqiqətən də Abdusalamovun dedikləri müqavilədə öz təsdiqini tapırdı.
APS şirkətinin əməkdaşı Günel Məmmədova Abdusalamovun dediklərini inkar elədi: “ Biz icarə müqaviləsi hazırlamırıq. Biz müştərini dəvət edirik və ona icarə yerini göstəririk. Razılaşmadan sonra sənədləri “Yeni Həyat”a göndəririk. Orada müqavilə hazırlayırlar. Mən həmin müqaviləni müştəriyə göstərirəm və o müqaviləni imzalayır”.
Təhsil Mərkəzi rəhbərinin icarə haqqı ilə bağlı dediklərinə Günel Məmmədovanın münasibəti belə oldu: “ Biz dəfələrlə Abdusalamovla və “Yeni Həyat”ın hüquqşünası Qasım Salıyevlə birgə müqaviləni müzakirə etmişik. Və Abdusalamov razılaşandan sonra sənədi imzalayıb. İndi qəpik davası edir”.
“Müxbirimizin 23 qəpikdən 875 kv.m sahə üçün ayda 200 manat 25 qəpik artıq pul ödənməlidir” fikrinə Günel Məmmədovanın cavabı belə oldu: “ Bu məsələ artıq qapanıb. Artıq Abdusalamov bizim icarədar deyil. Bu məsələni şirkətin rəhbəri ilə müzakirə edin”.
Abdusalamov Günel Məmmədovanın dediklərinə belə münasibət bildirdi: “ Müqavilənin elektron variantında başqa rəqəm göstərilib, kağız variantında tam başqa. Mən APS nümayəndəsinə inanıb məzmunu ilə tanış olmadan müqaviləni imzaladım”.
APS şirkətinin rəhbəri Rəsul Məmmədov isə Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirdi ki: “ Abdusalamovun dedikləri həqiqətə uyğun deyil”.Bizim “Yeni Həyat” şirkətinin hüquqşünası Qasım Salıyevlə əlaqə saxlamaq cəhdimiz alınmadı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.