Səlim Müslümovun kadrı əlillik dərəcəsinin qiymətlərini açıqlayıb - 37 saylı TSEK- də "bazar"

2-06-2015, 12:27           
Səlim Müslümovun kadrı əlillik dərəcəsinin qiymətlərini açıqlayıb - 37 saylı TSEK- də "bazar"
Beyləqan və Füzuli rayonları üzrə 37 saylı Tibbi Sosial-Ekspert Komissiyasından şikayət var.

TSEK sədri Leylan Nəsirovanın fəaliyyətindən narazılıq edənlər dia.az-a məlumat verib. Bildirilir ki, sözügedən TSEK-də hədsiz özbaşınalıqlar hökm sürür.
Vətəndaşların əlillik dərəcəsi alması üçün xüsusi “tariflər cədvəli” təyin olunub. Elə bunun nəticəsidir ki, saxta əlillik dərəcələrinin sayı durmadan artır. Ümumiyyətlə Beyləqan və Füzuli rayonları üzrə 37 saylı TSEK-in yarıtmaz fəaliyyəti mütəmadi olaraq bu rayonların sakinlərinin narazılıqlarını doğurmaqdadır. TSEK-in əməkdaşları bir çox hallarda əmək qabiliyyətini itirən şəxslər barəsində əlillik dərəcəsinin təyin edilməsində süründürməçiliyə yol verirlər.
Hər dəfə bir bəhanə ilə əlillik dərəcəsi almaq istəyən şəxslərin tələbləri yerinə yetirilmir. Bunun müqabillində isə məlumatlarda 37 saylı TSEK-də vətəndaşlardan əlillik dərəcələrinin verilməsi üçün külli miqdarda rüşvət istənildiyi bildirilir. Bu işlərin başında L.Nəsirovanın durduğu iddia edilir.
I qrup əlillik dərəcəsi almaq üçün minimum 1500 manat, II qrup üçün 1000 manat, III qrup üçün isə 800 manat rüşvət tələb olunur. Həmçinin əlavə edilir ki, pulu olmayan və fiziki qüsurlu şəxslərin əlillik dərəcəsinin verilməsi prosesi həyata keçirilmir.
Leylan Nəsirova özünün saxtakarlığından və korrupsiya əməllərindən əl çəkmək istəmir. Azərbaycan qanunları bu TSEK-də işləmir. Artıq 37 saylı TSEK-də vəziyyət dözülməz hal alıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən L.Nəsirovanın əməllərinə son qoyulması xahiş edilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.