Şamaxı icra başçısı necə Beynəlxalq Bankın Şamaxı filialını böğhrana saldı - Rizvan Şamaxıda necə at oynadır

2-06-2015, 13:26           
Şamaxı icra başçısı necə Beynəlxalq Bankın Şamaxı filialını böğhrana saldı - Rizvan Şamaxıda necə at oynadır
Son günlər Azərbaycan Beynəlxalq Bankındakı problemli kreditlərlə bağlı olaraq xeyli sayda iş adamı sorğu-sual edilir. Tanınmış iş adamlarının bu bankdan götürdükləri kreditləri vaxtında qaytarmamaları səbəbində ölkənin ən böyük dövlət bankında faktiki olaraq maliyyə difsiti yaşanırdı. GUNDEMİNFO.AZ-a məlumat verən mənbə bildirir ki, Beynəlxalq Bankın yerli filallarında da analoji problemlər yaşanır. Bəzi iş adamlarının, xüsusilə də icra başçılarına, rayonun imkanlı məmurlarına yaxın şəxslərin bu bankın yerli filallarından külli miqdarda kredit götürməsi və zamanında qaytarmaması problem yaradıb.
Saytımıza məlumat verən mənbə iddia edir ki, bu filallardan biri də Beynəlxalq Bankın Şamaxı şəhəri M.Ə.Rəsulzadə küçəsi 85 ünvanında yerləşən filalında yaşanır.

Onu da əlavə edək ki, Beynəlxalq Bankın Şamaxı filalından külli miqdarda kredit götürərək üzüm təsərrüfatı yaratmış şəxslərdən biri də Rizvan adlı şəxsdir. Mənbəmiz bildirir ki, bu şəxs Şamaxı filalında külli miqdarda kredit götürüb. Onu da qeyd edək ki, Rizvan adlı şəxs kifayət qədər böyük imkanlara sahib iş adamı kimi tanınır. Azərbaycan mətbuatı üçün tanış olmasa da, bu şəxsin oğlunun bahalı avtomobillərlə Bakı küçələrində şütüdüyü və bir neçə dəfə yol polismləri ilə ciddi mübahisəsinin yaşandığı söylənilir.

Filaldan Qəbələ, Şəki ,Şamaxıdan olan və məmurlara yaxın iş adamları külli miqdarda kredit götürdüyü söylənilir. Məlumatlara əsasən Şamaxının icra başçısı təyin edildikdən sonra Asif Ağayev bankın filal müdiri olan Sahib Əliabbasovla anlaşa bilib. Nəticədə yaxın rayonlarda böyük istirahət mərkəzlərinin və təsərrüfat subyektlərinin qurulması üçün kredit götürülüb. Hələlik həmin kreditlərlə bağlı detallı rəsmi bilgilər əldə etmək mümkün deyil. Lakin mənbəmiz israr edir ki, artıq Beynəlxalq Bankda başlayan total təftiş yerli filallara da çatıb və yerlərdəki iş adamlarının problemli kreditləri araşdırılır.
Onu da əlavə edək ki, Azərbaycan Beynəlxalq bankında nəzarət səhm paketinin 50+1 həcmi Azərbaycan Respublikasına aid olduğundan bu bankdakı problemli kreditlərin geri qaytarılmasına da Azərbaycan Respublikası cavabdehdir. Bu baxımdan da hökumətimizin sahibkarlığa qayğı göstərməsindən sui-istifadə edən vəzifəli şəxslər və sahibkarlar təftiş edilir.
Mövzu ilə bağlı dəqiqləşdirmələr aparırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.