Sumqayıt Dövlət Universitetində bazarlıqlar başlayıb
2-06-2015, 16:12

Bir qrup tələbə teref.azya müraciət edərək bildirir ki, rektor-dekan şəbəkəsi bütün fakültələrdə fəallaşıb. Tələbələrin sözlərinə görə, yay imtahan sessiyasının başlanması ilə əlaqədar kütləvi rüşvət alma kampaniyasına başlanılıb.
SDU rəhbərliyi imtahanların tez başa çatması və rüşvətin də operativ toplanmasına tapşırıq verib. Buna səbəb qarşıda yarışların başlanacağı göstərilib. Çünki imtahanları yekunlaşdırmaq lazımdır.
Mənbələr iddia edir ki, hətta oxuyan tələbələr də pul verməli olur: “Nadir Qəhrəmanov bu universitetə rəhbərlik etdiyi dövrdən bu ali məktəbin adını “dollar universitet” qoymuşdular. Elxan Hüseynov Sumqayıt Dövlət Universitetinə rəhbər təyinatı alandan sonra hamı bu vəziyyətin dəyişəcəyinə ümid edirdi.
Hesab edirdik ki, Elxan Hüseynov Bakı Dövlət Universiteti kimi qocaman ali təhsil ocağında prorektor olub, Azərbaycan Türkmənistanda səfir kimi təmsil edib. Bütün gözləntilərimiz puç oldu. O, nəinki yaxşı mənada fərqlənə bildi, əksinə, universitet mənfi istiqamətdə geriyə getdi”.
Tələbələr teref.azya bildirirlər ki, Sumqayıt Dövlət Universitetində “şirinlik” vermədən, hər sessiya öncəsi 500-700 manat arası pulundan keçmədən, sessiyanı kəsirsiz başa vurmaq mümkün deyil: “Bütün tədris müddətində tələbələrə şərait yaradılır ki, dərs qaiblərini çoxaltsınlar. Sessiyanın sonunda isə bunun haqq-hesabı çəkilir.
Tələbələrin dediyinə görə dekanlar tələbələrə xəbərdarlıq ediblər ki, hər imtahan üçün 60 manat hazırlasınlar. Oxuyan tələbələrin etirazına isə " Dəxli yoxdur oxusanda oxumasanda 60 man verməlisən" cavabı verilib. İndi siz təsəvvür edin hər tələbədən 60 manat alanda nə qədər pul alıır.
Özü də bütün bu prosesin başında universitetin rektoru Elxan Hüseynov dayanır”.
Qarşı tərəfində fikirlərini dinləməyə hazırıq.