Başçı ilə “JEK” müdirinin Andranik müəmması – Nərimanovda

2-06-2015, 16:14           
Başçı ilə “JEK” müdirinin Andranik müəmması – Nərimanovda
Erməni cəlladı Andranikin portreti olan kafe barəsində yeni xəbər var. Bakının Nərimanov rayonu, Montin qəsəbəsində fəaliyyət göstərən “Montinburg” adlı pivə barında olan bu foto ilə bağlı xəbərlər səngimir.

TİA.AZ-ın Gunxeber.com-a istinadən yazdığına görə, kafe Nərimanov rayon Mənzil Kommunal Təsərrüfat İdarəsi rəisi Qoşqar Məmmədova aiddir. Onun rayon icra başçısı Abidin Fərzəliyevlə sıx əlaqələri var. Bu münasibətlər daha çox biznes müstəvisində inkişaf edib.
İcra başçısı ilə “JEK” müdirinin birgə obyektləri fəaliyyət göstərdiyi iddia olunur. Odur ki, hər iki dövlət məmurunun Azərbaycan xalqının qanını içən bir cinayətkarın fotosunu öz obyektlərində saxlaması utancverici haldır. Məlumatda o da qeyd edilir ki, “Montinburg” adlı pivə barı Q.Məmmədovun Bakıdakı çoxsaylı obyektlərindən biridir. Yada salaq ki, polis obyektə gələrək portreti sökmüşdü.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.