Azpetrol"dan "Aİ-95" benzini vurdu, maşını sıradan çıxdı (Video)
7-03-2025, 10:34
Bakıda bir sürücü "Azpetrol" yanacaqdoldurma məntəqəsində qarşılaşdığı problemlə bağlı narazılığını ifadə edib.
32gun.az xəbər verir ki, şikayətçi bu barədə sosial şəbəkədə paylaşım edib.
Onun sözlərinə görə, "BMW" markalı avtomobilinə "Azpetrol"-dan "Aİ-95" markalı benzin vurduqdan sonra maşında texniki problem yaranıb. Yanacaq nasosu sıradan çıxdığı üçün avtomobil işə düşməyib.