Şəkər xəstələrinə qurulan 6 HƏKİM TƏLƏSİ

7-04-2025, 11:32           
Şəkər xəstələrinə qurulan 6 HƏKİM TƏLƏSİ
"Poliklinikadan şəkər dərmanına görə asılı olan xəstələri kvartalda bir dəfə 6 həkimdən keçməyə məcbur edirlər. Bu nə özbaşınalıqdır?" "DİA-AZ xəbər verir ki, bunu öz etirazında Lənkəran sakini Rafiq Şərbətov yazıb.

O daha sonra bunları əlavə edib: "Bu hələ hamısı deyil... həmin yönləndirilən həkimlər də şəkər xəstələrini 17 növ analizə göndərirlər ki, sığortadan pul silsinlər.

Müayinə və müalicənin keyfiyyətini qaldırıb xəstə cəlb etməkdənsə, diabet xəstələrini incidib kvartalda 2 gün işdən ayırırlar.

Bunlara nəzarət edən yoxdur?

Əməlli-başlı elan vurublar... 6 həkimdən keçməsən, dərman ala bilməzsən.

Özəl klinikalar xidməti yaxşılaşdırıb qazanırlar. Bunlar incidib mənasız yerə pul götürürlər. Özbaşınalıqdır...

Nəzarət etməli qurumlar hara baxır. Bu təkcə Lənkəranda deyil, hər yerdə tətbiq olunub. Millət əllərdə qalıb... Çarə edən yoxdur..."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru