Əvəz Qocayev gedir, sədrlik arzusu gözündə qaldı: Saleh Məmmədovun yerinə kim gəlir?
Bu gün, 12:56

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov və müavini Əvəz Qocayev yola salınır. Anaxeber.info-xəbər verir ki, , "Azəryolservis" ASC-dən bəri bu strukturda uzun illər işbirliyində olmuş Məmmədov-Qocayev cütlüyü ilə bağlı artıq qərar qəbul edilib. Xəbərdə deyilir ki, onların vəzifədən azad ediləcəyi gözlənilir və yaxın zamanda sərəncam imzalanacaq.
Bu mövzuda qaynar.info yazıb ki, 67 yaşlı sədr təqaüdə göndəriləcək. Quruma sədrliyin isə Əli Hacıyevə həvalə olunacağı ehtimalı var. O, AAYDA İdarə Heyətinin sədr müavinidir. Buna qədər isə İqtisadiyyat Nazirliyində Dövlət investisiyaları şöbəsinin müdiri işləyib. Bununla da Əvəz Qocayevin sədrlik arzusunun dəfn olunduğunu söyləmək mümkündür. Əvəz Qocayev uzun müddət çalışıb ki, Saleh Məmmədovdan sonra sədr təyin edilsin. Ancaq yuxarı eşelonda gedən müzakirələrdə Əli Hacıyev namizəd irəli sürülüb, ona etimad göstərilib. Sadəcə, onun təqdimatının prezidentə çatdırılması məsələsi qalıb. Əvəz Qocayevin isə nəinki sədrlik planı baş tutmur, hətta işindən kənarlaşdırılır.
Qeyd edək ki, Əvəz Qocayevlə Saleh Məmmədovun adı bir sıra maxinasiya, korrupsiya hallarında çəkilib. Eyni zamanda, Əvəz Qocayevin və sədrin ölkədəki, həmçinin xaricdəki biznesi haqda geniş məlumatlar yayılıb.
Əvəz Qocayevin mülklərinin siyahısı bir neçə dəfə mediada tirajlanıb. Həmin siyahını yenidən təqdim edirik ki, bir dövlət qurumunda sədr müavininin necə oliqarxa çevrildiyi ilə bağlı təsəvvürlər formalaşsın. Bu sərvəti maaşla əldə etmək mümkün deyil:
“Ocaq” ailəvi restoran ( Binəqədi, Digah yol kəsişməsi 4)
Yasamal, Xətayi, Sabil rayonlarında “Ocaq” (restoran, kafe, art) şəbəkəsi
Tovuz rayonu Əyyublu kəndində böyük ferma, artezian quyular
Port Bakunun üstündə sahəsi 130 kv.m olan 3 otaqlı mənzil
“NN” Gözəllik salonları şəbəkəsi (şəhərin müxtəlif yerlərində- qızı Xatirə Qocayeva idarə edir)
H.Əliyev küçəsində “Real” MTK-də 380 kv.m olan ofis (ASAN xidmətin arxası)
Binəqədi rayonu Cəfər Xəndan küçəsi 28, mənzil 23 ünvanında sahəsi 155 kv.m olan 4 otaqlı mənzil
Özəl və dövlət banklarında arvadı Tamella Qocayevanın adına 10 milyon manat depozit ( arvadının və ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilmiş, təkcə bu depozitlərdən 12 faizlə aylıq faiz gəlir təxminən 200 min manat)
Hazırda oğlu Anar Qocayev İnterpol Baş İdarəsində rəis müavini vəzifəsində çalışır.
Köhnə “Varovski”da 3 mərtəbə villa
Novxanıda ayrı-ayrılıqda 3 villa
“Star-M” MTK-da ümumi sahəsi 320 kv.m olan 7 otaqlı iki mənzil
“REAL” MTK-da 4 otaqlı sahəsi 185 kv.m olan mənzil
Port Bakuda 150 kv m daha bir mənzil
Binəqədi rayonunda böyük torpaq sahələri
Moskvada mənzil, Türkiyədə məşhur Leventdə mənzil
Qızı Xatirə Qocayevanın adına 2 milyon depozit
Şüvəlanda villa
Özünə və ailsəinə məxsus “Rang Rover”, “Audi Q7”, “Sklass Mercedes”,” Porche”, “BMW” markalı bahalı avtomobillər
Tovuz rayonunun özündə və Əyyublu kəndində tikinti materialları mağazası
Dərnəgüldə tikinti materialları mağazası
Bacısı Afət Qocayeva Əyyublu kənd orta məkətibinin direktorudur.
Bir tender şirkəti, “Polat Qapı Yol” şirkəti ilə şəriklik və s…