Şakir Musayevin adamından prezidentə şikayət xəsarətlə bağlı qanunsuz saxta rəy verib

4-06-2015, 14:39           
Şakir Musayevin adamından prezidentə şikayət xəsarətlə bağlı qanunsuz saxta rəy verib
Ucar rayonundan redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi Ucar rayonu Alpoud kəndi sakini İsmayılov Zeynal Məhəmməd oğlu onun avtomobil qəzasından sonra ağır bədən xəsarətləri almasına ramən Sabunçu Rayon Məhkəmə-Tibbi Ekspertizası tərəfindən saxta rəy verildiyi söylənilir. Şikayətçinin GUNDEMİNFO.AZ-a yazdıqlarını olduğu kimi təqdim edirik:

61 yaşım var indiyə qədər görmədiyim saxtakarlıq Sabunçu Rayon Məhkəmə-Tibbi Ekspertizası tərəfindən edilib.

Artıq ortada bu faktı təsdiq edən mötəbər sənədlər var ki, mətbuata təqdim edirəm. Belə ki, 09 iyul 2014-cü il tarixdə təxminən saat 08:00 radələrində Bakı Şəhəri Nardaran qəsəbəsində olan iş yerimə gedərkən Kürdəxanı qəsəbəsində yerləşən "İl" marketin qarşısında naməlum maşın məni vurub yolun kənarına tullayıb, hadisə yerindən qaçdı.

Qəza nəticəsində ayağım 2 yerdən sınmış, digər bədən xəsarətləri almışam. Hadisə yerinə gəlmiş polislərin səyi nəticəsində qəzanı törədib qaçan sürücünün kimliyi aşkar edilib. Bunun Bakı şəhəri sakini İsmayılov Ədalət Əjdər oğlu olduğu müəyyən edilib. Qəza zamanı aldığım xəsarətin dərəcəsinin müəyyən edilməsi üçün polis müstəntiqinin təliqəsi əsasında Sabunçu Rayon Məhkəmə-Tibbi Ekspertizasından keçirilmişəm.

Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilməsinə dair ekspert həkim Ariz Adil oğlu Quliyev 14.07.2014-cü il tarixli 1146 nömrəli ekspert rəyi verdi. Ekspert həkim Ariz Quliyevin 14.07.2014-cü il tarixli 1146 nömrəli ekspert rəyinə əsasən cinayət işi başlanılmamışdır. Bundan sonra mənə dəymiş maddi zərərin sürücü Ədalət İsmayılovdan alınaraq mənə verilməsi tələbinə dair idia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət etdim. İddia üzrə keçirilən məhkəmə iclasında hakimin təşəbbüsü ilə təkrar ekspertiza keçirilməsinə dair qərardad çıxarıldı. Buna görə təkrar olaraq ekspertizadan keçirildim. Məhkəmə Tibbi Ekspert həkimi C.T.Allahverdiyevin və Ə.B.Mevliyevin 12.02.2015-ci il tarixli 53/MEŞ saylı ekspert rəyinə əsasən 09.07.2014-cü il tarixli avtoqəza nəticəsində sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olduğu müəyyən edilmişdir ki, buda əvvəlki ekspert həkim Ariz Quliyevin bilə-bilə yalan rəy verməsini subut etdi. Hansı ki, ikinci ekspert rəyi üstü ört-basdır edilmiş cinayətin başlanılmasına əsas oldu. Mülki iş üzrə növbəti məhkəmə iclasında hakim ekspertin az ağır zərər vurmaya aid olan xəzarət dərəcəsi təyin edilməsi barədə ekspert rəyinə əsasən avtoqəzaya görə cinayət işinin başlanılması üçün xüsusi qərar çıxaracaq.

Mən Sabunçu Rayon Məhkəmə Tibbi Ekspertizasının həkimi Ariz Quliyevin bu əməli barədə Prezidentə, Baş Prokurora, Azərbaycan Respublikası Məhkəmə-Tibbi Ekspertiza və Patoloji-Anatomiya Birliyinin baş direktoru Şakir Musayevə və digər aidiyyatı orqanlara şikayət ərizələri ilə müraciət etmişəm. İnanıram ki, rüşvət alıb törədilmiş cinayətin üstünü ört-basdır edilməsi üçün saxta rəy vermiş ekspert həkim Ariz Quliyevin barəsində qanunu tədbirlər görüləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.